Avropa ölkələri Rusiya ilə mümkün hərbi münaqişəyə hazırlaşır.
Medialive xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.
“Faktları təhlil etdikcə belə qənaətə gəlirəm ki, Avropa və Rusiya arasında müharibə getdikcə daha aydın görünür. Bu, boş söhbət deyil, hamı buna hazırlaşır”, – bu barədə Vuçiç Pink TV-nin efirində danışıb.
O, həmçinin qeyd edib ki, Serbiya Qərb ölkələri və Rusiyanın qarşıya qoyduğu ziddiyyətli məqsədlər fonunda hələ ki mübarizə aparmır.
Onun sözlərinə görə, Serbiya özünümüdafiə üçün silahlı qüvvələrini gücləndirməyə davam etməlidir.




















