Avstraliyanın baş naziri Yakinta Allan qitədə məskunlaşmış yerli xalqlarla ölkə tarixində ilk rəsmi müqavilə imzalayıb.
Medialive xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Bu gün biz qədim hüquq sistemlərinin və demokratiyamızın müasir təsisatlarının yan-yana mövcud ola biləcəyini başa düşürük” – deyə baş nazir müqaviləni imzaladıqdan sonra açıqlama verib.
Məlumata görə, 34 səhifəlik saziş müstəmləkəçiliyin vurduğu ziyanı rəsmən etiraf edir və yerli xalqların hüquqlarını qorumaq üçün yeni nümayəndəlik orqanı yaradır.
Qeyd olunub ki, Britaniya müstəmləkəçilərinin bu qitəyə gəlişindən iki əsrdən artıq müddət ərzində heç bir Avstraliya hökuməti bu ölkənin yerli xalqları ilə rəsmi razılaşma əldə etməyib.




















