CANLI
Sosial

Azərbaycanla Qazaxıstan arasındakı hökumətlərarası komissiyanın yeni tərkibi bəlli oldu – SƏRƏNCAM

Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın yeni tərkibi təsdiqlənib.

Medialive.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2007-ci il 30 mart tarixli Sərəncamının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

– “Azərbaycan Respublikasının energetika naziri” sözləri “Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini” sözləri ilə əvəz olunub;

– “Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini” abzasından sonra “Azərbaycan Respublikası energetika nazirinin müavini” əlavə olunub;

– “Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini” abzasından sonra “Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini” əlavə edilib;

– “Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri” abzasının sonra “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri” əlavə olunur;

Azərbaycan Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Qazaxıstan Respublikası tərəfinə bildiriş göndərməlidir.

taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24selcuksportscanlı maçtaraftarium24canlı maç izlecanlı maçtaraftarium24canlı maç izlecanlı maçcanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24taraftarium24