Bir neçə ildir ki, fəaliyyət göstərən “Baku Central Hospital”ın Təcili Yardım Şöbəsi 7/24 rejimdə əhaliyə fasiləsiz tibbi xidmət göstərir. Şöbəyə təcrübəli həkim, Dr. Rəşadət Əlizadə rəhbərlik edir.
Təcili və həyati riskli halların operativ qiymətləndirilməsi, ilkin stabilizasiya və zəruri ambulator tibbi müdaxilələr şöbənin əsas fəaliyyət istiqamətlərindəndir.
Kardioloji təcili hallar
Şöbədə kəskin koronar sindromlar (STEMI, NSTEMI, qeyri-stabil stenokardiya), həyati təhlükəli aritmiyalar (VT, VF, ağır bradikardiya, SVT), kardiogen şok, kəskin ürək çatışmazlığı, ağciyər ödemi və hipertenziv kriz hallarında təcili tibbi yardım göstərilir.
Tənəffüs sistemi üzrə müdaxilələr
Kəskin tənəffüs çatışmazlığı, astma statusu, KOAH kəskinləşməsi, anafilaksiya, ağciyər emboliyası şübhəsi və ağır hipoksiya ilə müşayiət olunan pnevmoniya hallarında operativ müdaxilə həyata keçirilir.
İnfeksion və metabolik hallar
Sepsis, septik şok, ağır infeksiyalarla müşayiət olunan şüur dəyişiklikləri, diabetik ketoasidoz (DKA), hiperosmolyar vəziyyət (HHS), eləcə də elektrolit pozğunluqları zamanı ilkin stabilizasiya təmin olunur.
Nevrologiya və travma
Şüur pozğunluğu, sinkop, qıcolmalar, insult şübhəsi, müxtəlif travmatik zədələr, yaraların işlənməsi və tikişi, abseslərin açılması, qanaxmaların dayandırılması və yanıqların ilkin qiymətləndirilməsi həyata keçirilir.
7/24 Ambulans xidməti
Xəstəxananın təcili yardım briqadaları həyati riskli vəziyyətlərdə ünvan üzrə yerində tibbi yardım göstərir, monitorizasiya aparır və zərurət olduqda pasiyentin təhlükəsiz şəkildə hospitala transferini təmin edir.
Peşəkar komanda, operativ qərar və fasiləsiz tibbi xidmət prinsipi ilə fəaliyyət göstərən Təcili Yardım Şöbəsi paytaxt sakinlərinin xidmətindədir.
“Baku Central Hospital” – sağlamlığınızı bizə əmanət edin!
Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç. 91
Əlaqə: (055) 772 15 55 | (050) 594 12 95




















