Avqustun 31-i Bakıda cərrahi əməliyyat keçirən 1995-ci il təvəllüdlü Şahin Tofiq oğlu Tağıyev vəfat edib.
Həkim-stomatoloq olan Ş.Tağıyev əməliyyatdan sonra səhhətinin ağırlaşması səbəbindən həyatını itirib.
Yaxınları bildiriblər ki, ötən ayın son günündə Şahin Tağıyev Dövlət Sərhəd Xidmətinin hospitalında ödündəki problemə görə əməliyyat olunub. Lakin bundan sonra onun səhhətində ağırlaşma başlayıb və özəl klinikaya köçürülüb. Daxili qanaxma və digər ağırlaşmalar səbəbindən gənc həkim xeyli vaxt reanimasiyada saxlanılıb, ona 80 nəfərə yaxın şəxs qan verib.
Lakin yaxınlarının cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, NDU-nun ilk “Stomatologiya” ixtisası məzunlarından olan Şahin Tağıyev Bakı və Sumqayıt şəhərlərində tanınmış klinikalarda stomatoloq-implantoloq kimi fəaliyyət göstərib./Qafqazinfo/

