CANLI
Sosial

İcra başçısı onlara vəzifə verdi - Adlar

Xaçmaz Rayon İcra Hakimiyyətində yeni təyinatlar olub.

Ölkə.az-ın əldə etdiyi xəbərə görə, icra başçısı Elnur Rzayev bununla bağlı müvafiq əmrlər imzalayıb.

Əmrlə, Akif Mövlanov Hüquq və kadr məsələləri sektorunun müdiri təyin olunub. O, daha əvvəl sözügedən sektorda məsləhətçi vəzifəsində çalışıb.

A.Mövlanovdan boşalan məsləhətçi postuna Rüfət Sərdarov gətirilib. O isə bundan əvvəl İcra Hakimiyyətinin Qusarçay inzibati ərazi dairəsi üzrə nümayəndəsi olub.

Murad Abasov isə həmin ərazi üzrə yeni nümayəndə təyin edilib.

Bundan başqa, Budaq Əliyev Nabran inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsindən azad olunub və bu vəzifəyə Sərdar Məmmədov gətirilib.

Elgün Həsənov isə Ləcət inzibati ərazi dairəsi üzrə nümayəndə təyin olunub. Təyinata qədər həmin vəzifə vakant idi.

taraftarium24taraftarium24taraftarium24taraftarium24canlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izleselçuk sportsselçuk sportsselçuk sportsselçuk sportstoptan kozmetikkozmetik depomtaraftarium24taraftarium24 girişcanlı maç izle