Balitski Kiyevin Zaporojya vilayətindəki ərazilərdən “Ukrayna taxılının ixracını təşkil edib.
Region 2022-ci ilin sentyabrında referendumdan sonra Rusiyanın tərkibinə daxil olub.
Medialive xarici mediaya istinadən xəbər verir ki, iddia edilib ki, nəzərdə tutulan taxıl ixracı marşrutları Mariupoldan, sonra Rostov-on-Don limanlarına və ya Krıma doğru, sonradan Yaxın Şərq ölkələrinə daşınıb.
Məhkəmə Balitskini Ukrayna Cinayət Məcəlləsinin qondarma əməkdaşlıq fəaliyyəti, dövlətə xəyanət və bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədilmiş hərbi cinayətlər maddələri ilə təqsirli bilib.
Məlumata görə, Balitski artıq referendumun təşkilinə görə əmlakı müsadirə edilməklə 15 il həbs cəzası alaraq qiyabi olaraq əvvəllər məhkum edilib.
Qeyd edək ki, 2023-cü ilin iyununda Ukrayna məhkəməsi Balitskini cinayət məcəlləsinin iki maddəsi ilə təqsirli bilərək əmlakı müsadirə olunmaqla qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edib.
2024-cü il iyunun 5-də Ukrayna Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Balitskiyə və onun ailəsinə məxsus olduğu iddia edilən əmlaka həbs qoyulması barədə qərar çıxarıb.




















