Britaniya Yayım Korporasiyası (BBC) ABŞ Prezidenti Donald Trampın çıxışını təhrif etdiyinə görə 1 milyard dollarlıq məhkəmə iddiasından yayınmaq üçün ondan üzr istəməyə hazırlaşır.
Medialive xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.
Nəşr yazıb ki, BBC Trampdan şəxsi üzrxahlıq layihəsi hazırlamaq üzərində işləyir.
Bundan əvvəl korporasiyanın sədri Samir Şah Amerika liderinin çıxışını redaktə etmək üçün səhv qərara görə açıq şəkildə üzr istəyib.
“Panorama” verilişində çıxış edən Trampın sözlər onun ABŞ Konqresinin binasını zəbt etməyə çağırdığına işarə etmək kimi redaktə edilib, əslində isə dövlət başçısı dinc vasitələrlə vətəndaş mövqeyini ifadə etməyin zəruriliyindən danışıbmış.
Qalmaqal korporasiyanın baş direktoru Tim Devy və xəbər yayımının rəhbəri Debora Ternesin istefasına səbəb olub.
Amerika liderinin vəkilləri 1 milyard dollarlıq məhkəmə iddiası ilə hədələyərək BBC-dən proqramın noyabrın 14-dək ləğvini tələb ediblər.




















