• Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Manşet

“BEAUTY DERM” Mərkəzində Esmira İbrahimova necə qanunsuz estetik əməliyyatlar edir?

02 Fevral, 26 / 15:09
A A
“BEAUTY DERM” Mərkəzində Esmira İbrahimova necə qanunsuz estetik əməliyyatlar edir?

Bakıda fəaliyyət göstərən “BEAUTY DERM” Estetik Mərkəzi və özünü plastik-estetik cərrah kimi təqdim edən Esmira İbrahimovanın  fəaliyyəti ilə bağlı ortaya çıxan faktlar artıq tək-tək iddialar yox, ciddi sistem problemini üzə çıxarır. 

Pasiyent şikayətləri, media materialları, foto və video sübutlar, eləcə də Səhiyyə Nazirliyinin rəsmi cavabları fonunda əsas sual açıq qalır –  niyə bu indiyədək “BEAUTY DERM” Estetik Mərkəzində real yoxlama aparılmayıb?

Rəsmi cavab nə deyir?

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi rəsmi cavabında bildirir ki, plastik cərrahiyyə əməliyyatları aparmaq hüququ yalnız Nazirliyin Xüsusi Təftiş Komissiyası tərəfindən təsdiqlənmiş plastik cərrahlar siyahısında (17.04.2025) adı olan şəxslərə məxsusdur.

Açıq şəkildə qeyd olunur ki, bu siyahıya daxil olmayan şəxslərin plastik cərrahiyyə fəaliyyəti qanunvericiliyin pozulması hesab edilir və belə hallarla bağlı qanuna uyğun tədbirlər görülməlidir.

Esmira İbrahimli bu siyahıdadırmı?  Rəsmi məlumata görə Esmira İbrahimovanın Səhiyyə Nazirliyinin təsdiq etdiyi siyahıda adı yoxdur.

Eyni zamanda Səhiyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin açıqlamasında bildirir ki, aparılan araşdırma zamanı Esmira İbrahimovanın “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə tibb işçisi kimi qeydiyyatda olmadığı müəyyən edilib. Bu fakt artıq mübahisə predmeti deyil, rəsmi şəkildə təsdiqlənmiş haldır.

Buna baxmayaraq nə baş verir? 

Şikayətçilərin iddialarına görə, cərrahi xarakterli boğazgərmə (boyun gərmə), üzgərmə, estetik əməliyyatlar,  kosemtik prosedurlar  aparılıb. Əməliyyat kliniki şəraiti şübhə doğuran “BEAUTY DERM” Estetik Mərkəzində icra olunub. Pasiyentin sağlamlığına ciddi zərər dəyib: uzunmüddətli ağrılar, kəsik izləri,
üz asimmetriyası, nitq pozuntusu yaranıb. Ödəniş edilib, lakin nəticələrə görə məsuliyyət qəbul edilməyib. Burada söhbət artıq estetik narazılıqdan yox, sağlamlığa zərər vurulması ehtimalından gedir.

Analitik Ekspertiza Mərkəzinin daha bir diqqətçəkən açıqlaması isə budur – “BEAUTY DERM” Estetik Mərkəzinin hansı sahibkarlıq subyektinə məxsus olması barədə rəsmi məlumat yoxdur.

Bu halda haqlı sual yaranır, Hüquqi statusu tam bəlli olmayan bir müəssisədə necə cərrahi əməliyyat aparıla bilər?  Bu müəssisəyə kim və hansı əsasla fəaliyyət imkanı yaradıb?

“Şikayət edin” deməklə məsuliyyət bitirmi? 

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bildirir ki, yoxlamalar yalnız ödəniş qəbzləri, tibbi sənədlər və digər təsdiqedici materiallarla müşayiət olunan rəsmi müraciətlər əsasında aparılır.

Lakin ortada nə var – Media tərəfindən yayımlanmış video və foto sübutlar, bir neçə pasiyentin aidiyyatı qurumlara rəsmi şikayəti, tibb işçisi kimi qeydiyyatın olmaması faktı, qanun pozuntusunu təsdiqləyən rəsmi cavab.  Bu qədər fakt fonunda dövlət qurumunun öz təşəbbüsü ilə yoxlama aparmaması cəmiyyətdə ciddi suallar yaradır.

Bildirilir ki, hüquq-mühafizə orqanlarında Esmira İbrahimova ilə bağlı araşdırma aparılır. Lakin, heç bir nəticə açıqlanmayıb. Nə inzibati, nə də cinayət məsuliyyəti ilə bağlı ictimaiyyətə məlumat verilməyib. Üstəlik iddialara baxmayaraq, fəaliyyətin davam etdiyi deyilir.

Kimdir bu qanunlardan üstün olan şəxs və ya mexanizm ki, Esmira İbrahimoavanı  və “BEAUTY DERM” Estetik Mərkəzi bu qədər faktlara baxmayaraq toxunulmaz qalır?

Ortaya çıxan faktlar göstərir ki, burada tək bir şəxsin fəaliyyəti yox, nəzarətsizlik, passivlik və  məsuliyyətsizlik problemi var. Qanun açıqdır, siyahı mövcuddur, faktlar təsdiqlənib. Amma nəticə yoxdur. Şikayətlərlə bağlı “BEAUTY DERM” Estetik Mərkəzinin rəhbərliyi və Esmira İbrahimova açıqlama verməkdən imtina ediblər.

Xəbərdə adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

///bizimesr.com

Əvvəlki yazı

"Mehdiyevin qardaşının tikdirdiyi qəzalı bina - Lifti belə mövcud deyil"

Növbəti yazı

Şəfahət İmranov vəzifəsindən azad edildi

Bənzər Xəbərlər

Bakının mərkəzində güclü YANĞIN
Hadisə

Bakının mərkəzində güclü YANĞIN

17.Fev.26 /11:59
Sabiq icra başçısına yeni vəzifə verildi
Sosial

Sabiq icra başçısına yeni vəzifə verildi

17.Fev.26 /11:53
“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO
Sosial

“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO

17.Fev.26 /11:52
AAYDA-da böhran: Əməkhaqları verilmir
Sosial

AAYDA-da böhran: Əməkhaqları verilmir

17.Fev.26 /11:29
Yeni təyinat - Vəzifəli şəxs kimdir?
Sosial

Yeni təyinat - Vəzifəli şəxs kimdir?

17.Fev.26 /11:27
Bu şəxslər 30 manat cərimələnəcək
Sosial

Bu şəxslər 30 manat cərimələnəcək

17.Fev.26 /11:22
İlham Əliyev Si Szinpinə məktub göndərdi
İlham Əliyev

İlham Əliyev Si Szinpinə məktub göndərdi

17.Fev.26 /11:21
Məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird xəstəxanaya yerləşdirildi
Sosial

Məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird xəstəxanaya yerləşdirildi

17.Fev.26 /11:18
Səfayə Əhmədovaya AĞIR İTKİ - FOTO
Sosial

Səfayə Əhmədovaya AĞIR İTKİ - FOTO

17.Fev.26 /11:16

XƏBƏR LENTİ

Bakının mərkəzində güclü YANĞIN

Bakının mərkəzində güclü YANĞIN

17 Fevral, 26 / 11:59
Sabiq icra başçısına yeni vəzifə verildi

Sabiq icra başçısına yeni vəzifə verildi

17 Fevral, 26 / 11:53
“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO

“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO

17 Fevral, 26 / 11:52
AAYDA-da böhran: Əməkhaqları verilmir

AAYDA-da böhran: Əməkhaqları verilmir

17 Fevral, 26 / 11:29
Yeni təyinat - Vəzifəli şəxs kimdir?

Yeni təyinat - Vəzifəli şəxs kimdir?

17 Fevral, 26 / 11:27
Bu şəxslər 30 manat cərimələnəcək

Bu şəxslər 30 manat cərimələnəcək

17 Fevral, 26 / 11:22
İlham Əliyev Si Szinpinə məktub göndərdi

İlham Əliyev Si Szinpinə məktub göndərdi

17 Fevral, 26 / 11:21
Məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird xəstəxanaya yerləşdirildi

Məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird xəstəxanaya yerləşdirildi

17 Fevral, 26 / 11:18
Səfayə Əhmədovaya AĞIR İTKİ - FOTO

Səfayə Əhmədovaya AĞIR İTKİ - FOTO

17 Fevral, 26 / 11:16
Ramazan ayının təqvimi açıqlanıb - CƏDVƏL

Ramazan ayının təqvimi açıqlanıb - CƏDVƏL

17 Fevral, 26 / 11:14
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:100927175
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.