Litvada 20-dən çox şəxs Belarusdan ucuz siqaretlərin qaçaqmalçılığında gətirilməsində ittiham olunur.
Medialive xəbər verir ki, bunu Baş prokuror Nida Qrunskienə jurnalistlərə açıqlamasında deyib.
“Hazırda Baş Prokurorluqda siqaret qaçaqmalçılığı ilə bağlı 20-dən çox fakt üzrə araşdırma aparılır. Məhkəməyə təqdim olunan sənədlərə əsasən, 22 nəfərə hökm oxunub” – deyə baş prokuror bildirib.
Bildirilib ki, sərhəddən tütün qaçaqmalçılığı ilə bağlı təxminən 500 fakt araşdırılır.
Qeyd edək ki, ilin əvvəlindən Litvada siqaret dolu 600-dən çox hava şarı tapılıb.




















