CANLI
Dünya

Vaşinqton Ər-Riyada F-35 qırıcıları satsa, İsrail ABŞ-dən bunu tələb edəcək

Rəsmi Vaşinqton Səudiyyə Ərəbistanı ilə F-35 qırıcıları tədarükü ilə bağlı müqavilə bağlasa, İsrail ABŞ-dən əlavə təhlükəsizlik zəmanəti tələb edəcək.

Medialive xəbər verir ki, bu barədə Axios İsrail rəhbərliyindəki mənbələrə istinadən məlumat yayıb.

İsrail Yaxın Şərqdə F-35 qırıcılarına sahib yeganə ölkədir.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Səudiyyə Ərəbistanına F-35 döyüş təyyarələri verməyi planlaşdırır. 

İsrail bildirib ki, onlar krallığa qırıcı təyyarələrin satılmasının əleyhinə deyil, lakin belə bir satış Səudiyyə Ərəbistanı ilə yəhudi dövləti arasında münasibətlərin normallaşması ilə müşayiət olunmalıdır.

Qeyd edək ki, noyabrın 18-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud 2018-ci ildən bəri ilk dəfə Vaşinqtona səfər edəcək.

Ər-Riyad ABŞ-dən Qətərə verilən zəmanətlərə bənzər təhlükəsizlik zəmanəti istəyir.

Sentyabrda Tramp Vaşinqtonun Qətərin ərazisinə, suverenliyinə və infrastrukturuna qarşı istənilən silahlı hücumu ABŞ-nin sülh və təhlükəsizliyinə təhdid hesab edəcəyi barədə sərəncam imzalayıb.

Amerika mediası həmçinin Səudiyyə Ərəbistanının ABŞ ilə F-35 döyüş təyyarələrinin alınması üçün danışıqlar aparmaq niyyətində olduğunu bildirib.

taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24selcuksportscanlı maçtaraftarium24canlı maç izlecanlı maçtaraftarium24canlı maç izlecanlı maçcanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24taraftarium24