2024-cü ilin dekabrında hökumət dəyişikliyindən bəri Suriyada 2 milyona yaxın məcburi köçkün öz doğma torpaqlarına qayıdıb.
Medialive xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) açıqlayıb.
Qeyd edək ki, 2024-cü il noyabrında silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçərək. Dəməşqə daxil olublar və prezident Bəşər Əsəd ölkədən qaçıb.
Əhməd əl-Şaraa Suriyanın yeni lideri olub.




















