Belçikanın 140 milyard avro təzminat krediti ayırmaqdan imtina etməsi Beynəlxalq Valyuta Fondundan Ukraynaya maliyyə yardımının dayandırılmasına səbəb ola bilər.
Medialive “Politico”ya istinadən xəbər verir ki, BVF növbəti üç il ərzində 8 milyard dollarlıq kredit ayırmağı düşünür.
Qeyd edilib ki, Aİ-nin təzminat krediti verməsi dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə BVF-ni Ukraynanın maliyyə qabiliyyətinə inandıracaq.
Belçika Brüssel üçün hüquqi və maliyyə risklərini əsas gətirərək, əsasən ölkə daxilində yerləşən dondurulmuş Rusiya aktivlərinin istifadəsinə qarşı çıxır.
BVF kreditinin nisbətən kiçik olmasına baxmayaraq, Ukraynaya maliyyə yardımının göstərilməsi digər potensial investorlara da siqnal verəcək.




















