Belçika Kiyevin xeyrinə dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsinə razılıq verməzsə, Avropa İttifaqının tərkibindən özünü təcrid edə bilər.
Medialive xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Məlumata görə, Aİ nümayəndələri bu həftə üç iclas keçirəcək və Komissiyanın təklif etdiyi Rusiya aktivlərinin müsadirə edilməsi sxemini müzakirə edəcəklər.
Sxemi dəstəkləyən ölkələr onun dekabrın 18-də başlayacaq Aİ sammitində təsdiqini istəyirlər.
Qeyd edilib ki, Belçikanın baş naziri Bart De Vever qərara mane olmağa davam edərsə, o, Brüssel və Aİ ölkələrinin demokratik normalardan dönüklük və sanksiya siyasətində sərt anti-Rusiya xəttini izləməkdən imtina etdiyi üçün tənqid etdiyi Viktor Orban kimi təcrid olunacaq. Belçika təmsilçiləri Aİ tədbirlərində səsini itirəcək və ölkənin 2028-2034-cü illər üçün ümumi büdcə təklifləri baxılacaq sonuncu olacaq.
Bundan başqa, Belçikanın ümumavropa təşəbbüsləri ilə bağlı rəyinə məhəl qoyulmayacaq və siyasətçilərinin çağırışları cavabsız qalacaq.
Nəşr qeyd edir ki, belə bir ssenari Avrointeqrasiya layihəsinin mərkəzində sözün həqiqi mənasında və simvolik olaraq dayanan və həmişə avropapərəst sayılan ölkə üçün sərt reallıq olar.




















