• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

Bu ölkələrdəki səfirliklərimiz fəaliyyətini dondurub?- İLGİNC MƏQAM

05 Yanvar, 26 / 15:20
A A
Bu ölkələrdəki səfirliklərimiz fəaliyyətini dondurub?- İLGİNC MƏQAM

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətdə informasiya mübarizəsi və beynəlxalq ictimaiyyətlə kommunikasiya mühüm yer tutur. Dövlət başçısının beynəlxalq media platformalarında verdiyi müsahibələr, qlobal auditoriyaya ünvanlanan açıq mesajlar və informasiya mübarizəsində prinsipial mövqeyi bu sahənin xarici siyasətin ayrılmaz tərkib hissəsi olduğunu göstərir.

Belə bir şəraitdə Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin informasiya və kommunikasiya fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Lakin Editor.az-ın apardığı araşdırmaya görə, Azərbaycanın bir sıra ölkələrdəki səfirlik və baş konsulluqlarının rəsmi internet səhifələri uzun müddətdir yenilənmir. Bəzi diplomatik təmsilçiliklərin saytlarında son xəbərlərin bir neçə il əvvələ aid olduğu müşahidə olunur.

İnformasiyanın beynəlxalq münasibətlərdə əsas təsir alətlərindən birinə çevrildiyi, ictimaiyyətin rəsmi mövqeləri əsasən internet resursları vasitəsilə əldə etdiyi bir dövrdə bu vəziyyət diqqət çəkir. Aparılan müşahidələr göstərir ki, bir sıra səfirlik və konsulluqların rəsmi səhifələrində uzun müddət ərzində nə onların cari fəaliyyəti, nə də Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini əks etdirən yenilənmiş məlumatlara rast gəlinmir. Bu hal diplomatik təmsilçiliklərin informasiya fəaliyyəti ilə bağlı mövcud vəziyyəti gündəmə gətirir.

Məsələn, Azərbaycanla yüksək siyasi və iqtisadi əlaqələrə malik Birləşmiş Ərəb Əmirliyindəki səfirliyimizin rəsmi internet səhifəsinə son informasiya təxminən 8 ay öncə 2025-05-28 tarixində yerləşdirilib. (https://abudhabi.mfa.gov.az/az/news/birlesmis-ereb-emirliklerinde-musteqillik-gunu-qeyd-olunmusdur). Bu ölkədəki səfirimiz Elçin Bağırovdur.

Eyni xoşagəlməz hala Azərbaycanın Dubaydakı Baş Konsulluğunun rəsmi saytında da rast gəlmək mümkündür. Baş konsulluğun rəsmi internet səhifəsi isə son dəfə təxminə 2 il əvvəl 2024-05-30 tarixində yenilənib.(https://dubai.mfa.gov.az/az/news/the-3rd-international-conference-on-mine-action). Dubaydakı Baş Konsulumuz Cavidan Hüseynovdur.

Ölkəmizin Səudiyyə Ərəbistanı Krallığında səfirliyinin rəsmi səhifəsinə isə son xəbər 2024-01-31 tarixində yerləşdirilib. (https://riyadh.mfa.gov.az/az/news/7-fevral-2024-cu-ilde-kecirilecek-prezident-seckilerine-dair) Bu ölkədəki səfirimiz Şahin Abdullayev geri çağırılıb İordaniyaya səfir təyin edilsə də, rəsmi saytda o hələ də səfir kimi göstərilir. Azərbaycanın bu ölkədəki hazırki səfiri isə Mütəllim Mirzəyevdir.

Azərbaycanın Çex Respublikasındakı səfirliyinin saytına da son elan xarakterli xəbər 2025-09-02 tarixində yerləşdirilib. (https://prague.mfa.gov.az/az/news/azerbaycan-qran-prisi-formula-1-sadelesdirilmis-viza-prosedurlarina-dair-melumat). Saytda səfirliyin son aylardakı fəaliyyəti ilə bağlı məlumatlara rast gəlinmir. Azərbaycanın bu ölkədəki səfiri Yaşar Əliyevdir.

Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyinin saytında da vəziyyət fərqli deyil. Bu ölkədəki təmsilçiliyimizin internet səhifəsində son xəbər 6 il öncə 2019-09-20 tarixində dərc edilib. (https://pretoria.mfa.gov.az/az/news/3092/xin-in-metbuat-xidmeti-idaresinin-melumati). Bu ölkədə səfirliyimizin müvəqqəti işlər vəkili Yamin Cəfərovdur.

Livandakı səfirliyimizin saytı da digər ölkələrdəki diplomatik təmsilçiliklərimizin internet səhifələri ilə eyni taleyi paylaşır. Burada da sayta son xəbər 2021-07-26 tarixində yerləşdirilib. (https://beirut.mfa.gov.az/az/news/3056/2019-2023-cu-iller-ucun-azerbaycan-respublikasinda-ali-tehsil-sisteminin-beynelxalq-reqabetliliyinin-artirilmasi-uzre-dovlet-proqrami) Diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, Livandakı səfirimiz Ağasəlim Şükürov illər əvvəl geri çağrılmasına və vəfat etməsinə baxmayaraq, rəsmi saytda hələ də o səfir kimi göstərilir. Hazırda Azərbaycanın bu ölkədəki səfiri Səməd Həsənovdur.

Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasında səfirliyinin saytı isə ümumiyyətlə texniki baxımdan demək olar ki, yararsız haldadır. Bu sayta isə son xəbər təxminən 5 il öncə 2021-06-23 tarixində qoyulub. (https://addisababa.mfa.gov.az/az/news/hava-neqliyyati-vasitesile-giris-cixis-qaydalarina-deyisiklik-edildi). Azərbaycanın bu ölkədəki səfiri Ruslan Nəsibovdur.

Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikasında səfirliyinin saytı isə ümumiyyətlə işləmir. Burada hər hansı xəbərə rast gəlmək mümkün deyil. Sayt texniki baxımdan da yararsız vəziyyətdədir. ( https://algeria.mfa.gov.az/az/news ) Bu ölkədəki səfirimiz Tural Rzayevdir.

Azərbaycanın Xorvatiyadakı səfirliyinin saytına da son elan xarakterli xəbər 3 il öncə yerləşdirilib. (https://zagreb.mfa.gov.az/az/news/xorvatiya-respublikasinda-daimi-yasayan-ve-ya-muveqqeti-olan-yaxud-uzunmuddetli-ezamiyyetde-olan-18-yasina-catmis-azerbaycan-respublikasi-vetendaslarinin-nezerine) Bu ölkədəki səfirimiz Kamil Xasıyev təyin edilsə də, rəsmi saytda bu qeyd olunmur. Onun səfir olduğu Monteneqrodakı diplomatik təmsilçiliyimizin saytı da eyni xoşagəlməz durumdadır.

Azərbaycanın İspaniyadakı səfirliyinin saytı da bərbad durumdadır. Burada rəsmi səhifəyə elan xarakterli son məlumat 2025-10-01 tarixində daxil edilib. (https://madrid.mfa.gov.az/az/news/xarici-dovletlerde-qeydiyyatdan-kecmis-neqliyyat-vasitelerinin-azerbaycan-respublikasinin-erazisine-daxil-olarken-neqliyyat-vasitelerinin-sigortasina-dair) Saytda səfirliyin son illərdəki fəaliyyəti və Azərbaycanda baş verən mühüm hadisələrlə bağlı məlumatlara rast gəlinmir. Bu ölkədəki səfirimiz Ramiz Həsənovdur.

Azərbaycanın Kanadadakı səfirliyinin rəsmi saytı da texniki baxımdan demək olar ki yararsız vəziyyətdədir. Saytda yerləşdirilən elan xarakterli məlumat ümumiyyətlə açılmır (https://ottawa.mfa.gov.az/az/news/3137/elan)Bu ölkədə səfirliyimizin müvəqqəti işlər vəkili Vüsal Süleymanovdur.

Azərbaycanın İtaliyadakı səfirliyinin rəsmi internet səhifəsinə son xəbər təxminən 8 ay öncə 2025-05-28 tarixində qoyulub. (https://rome.mfa.gov.az/az/news/azerbaycanin-musteqillik-gunu-italiyada-tenteneli-sekilde-qeyd-edilib). Bu ölkədəki səfirimiz Rəşad Aslanovdur.

Azərbaycanın İsveç Krallığındakı səfirliyinin rəsmi saytı da texniki baxımdan demək olar ki yararsız vəziyyətdədir. Bura son dəfə 2025-08-22 tarixində elan xarakterli məlumat yerləşdirilib. (https://stockholm.mfa.gov.az/az/news/elektron-novbe-portali-elani işləmir). Saytda səfirliyin son illərdəki fəaliyyəti və Azərbaycanda baş verən mühüm hadisələrlə bağlı məlumatlara rast gəlinmir. Bu ölkədəki səfirimiz Zaur Əhmədovdur.

Şübhəsiz ki, bütün dünyanın informasiya ilə səmərəli işləməyin yolları üzərində baş sındırdığı, dövlətimizin zaman-zaman saxta informasiya hücumlarına məruz qaldığı bir mərhələdə olduqca mühüm ölkələrdəki səfirlik və konsulluqlarımızın bu işə son dərəcə laqeyd yanaşması qətiyyən qalib və müzəffər ölkənin xarici siyasətinə adekvat durum deyil.

//Editor.az

Əvvəlki yazı

AAYDA-da gizli “maliyyə piramida”sı: Saleh Məmmədov təcili “ixtisar”a başlayıb

Növbəti yazı

Bricit Makron haqda saxta xəbərlər yayanların sayı 10-a çatdı

Bənzər Xəbərlər

Ölkədə yeni QAYDA - Minlərlə manat cərimə GƏLİR
Sosial

Ölkədə yeni QAYDA - Minlərlə manat cərimə GƏLİR

22.May.26 /14:51
Ali Məhkəməyə yeni təyinatlar - Adlar açıqlanıb
Sosial

Ali Məhkəməyə yeni təyinatlar - Adlar açıqlanıb

22.May.26 /14:50
Putin müharibəni bitirmək üçün yeganə şərtini AÇIQLADI
Dünya

Putin müharibəni bitirmək üçün yeganə şərtini AÇIQLADI

22.May.26 /13:42
Dəyanət Şıxəliyev qəfil vəfat etdi - 12 il öncə bunu etmişdi
Sosial

Dəyanət Şıxəliyev qəfil vəfat etdi - 12 il öncə bunu etmişdi

22.May.26 /13:39
Bu məhkəmələrə yeni hakimlər təyin ediləcək
Sosial

Bu məhkəmələrə yeni hakimlər təyin ediləcək

22.May.26 /13:13
Bu pullar etibarsız sayılır - MƏRKƏZİ BANKDAN XƏBƏRDARLIQ
Sosial

Bu pullar etibarsız sayılır - MƏRKƏZİ BANKDAN XƏBƏRDARLIQ

22.May.26 /13:11
Bakıda vəzifəli şəxs idman zalında ÖLDÜ- FOTO
Sosial

Bakıda vəzifəli şəxs idman zalında ÖLDÜ- FOTO

22.May.26 /13:09
Sabiq deputat Türkiyədə vəfat etdi
Sosial

Sabiq deputat Türkiyədə vəfat etdi

22.May.26 /13:07
DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR
Sosial

DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR

22.May.26 /13:05

XƏBƏR LENTİ

Ölkədə yeni QAYDA - Minlərlə manat cərimə GƏLİR

Ölkədə yeni QAYDA - Minlərlə manat cərimə GƏLİR

22 May, 26 / 14:51
Ali Məhkəməyə yeni təyinatlar - Adlar açıqlanıb

Ali Məhkəməyə yeni təyinatlar - Adlar açıqlanıb

22 May, 26 / 14:50
Putin müharibəni bitirmək üçün yeganə şərtini AÇIQLADI

Putin müharibəni bitirmək üçün yeganə şərtini AÇIQLADI

22 May, 26 / 13:42
Dəyanət Şıxəliyev qəfil vəfat etdi - 12 il öncə bunu etmişdi

Dəyanət Şıxəliyev qəfil vəfat etdi - 12 il öncə bunu etmişdi

22 May, 26 / 13:39
Bu məhkəmələrə yeni hakimlər təyin ediləcək

Bu məhkəmələrə yeni hakimlər təyin ediləcək

22 May, 26 / 13:13
Bu pullar etibarsız sayılır - MƏRKƏZİ BANKDAN XƏBƏRDARLIQ

Bu pullar etibarsız sayılır - MƏRKƏZİ BANKDAN XƏBƏRDARLIQ

22 May, 26 / 13:11
Bakıda vəzifəli şəxs idman zalında ÖLDÜ- FOTO

Bakıda vəzifəli şəxs idman zalında ÖLDÜ- FOTO

22 May, 26 / 13:09
Sabiq deputat Türkiyədə vəfat etdi

Sabiq deputat Türkiyədə vəfat etdi

22 May, 26 / 13:07
DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR

DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR

22 May, 26 / 13:05
Bu hakim vəzifəsindən azad olunur

Bu hakim vəzifəsindən azad olunur

22 May, 26 / 13:03
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:1009271752
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.