“Şəhid Pəncəli Teymurov Azərbaycanın igid övladlarından biridir və onun xatirəsinin əbədiləşdirilməsi üçün edilən hər bir addım, o cümlədən, bu gün yaşadığı mənzildəki büstün üzərinə “Azərbaycan Milli Qəhrəmanı” sözlərinin yazılması Cənab Prezident İlham Əliyevin qəhrəmanlarımıza verdiyi dəyər, həm şəhidimizin qəhrəmanlığını, həm də xalqımızın ona olan dərin ehtiramının göstəricisidir”.
Bunu Demokrat.az-a “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyin sədri Ramil Əliyev deyib.
O bildirib ki, belə təşəbbüslər gənc nəsillərə vətənpərvərlik ruhu aşılayır və şəhidlərimizin unudulmadığını bir daha sübut edir.




















