CANLI
Sosial

Bu rəisləri HƏBS GÖZLƏYİR: SƏBƏB AÇIQLANDI

Hərbi xidmət zamanı və ya xidməti vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin tabeliyində olan hərbi qulluqçuya zor tətbiq etməsi ağır hüquqi məsuliyyət yaradır.

Medialive.az ajans.az-a istinadən xəbər verir ki, belə əmələ görə bir ilədək hərbi xidmət üzrə məhdudlaşdırma, bir ilədək intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər.

Zorakı hərəkətlər təkrar törədildikdə, iki və ya daha çox hərbi qulluqçuya qarşı həyata keçirildikdə, bir qrup şəxs və ya qabaqcadan əlbir olan qrup tərəfindən törədildikdə cəza sərtləşir.

Həmçinin zorakılıq silah tətbiq etməklə, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmaqla və ya işgəncə verməklə törədilərsə, təqsirkar bir ildən iki ilədək intizam xarakterli hərbi hissədə saxlanıla və ya iki ildən beş ilədək azadlıqdan məhrum edilə bilər.

Əgər zorakı hərəkət nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurularsa və ya digər ağır nəticələr yaranarsa, cəza daha da ağırlaşır.

Bu halda şəxsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə gözləyir.

sonbahissonbahissonbahissonbahisselçuk sportstaraftarium24canlı skorselçuk sportstaraftarium24sonbahis girişsonbahis girişsonbahis girişsonbahis girişcanlı maç izletaraftarium24selçuk sportscanlı maç izlecanlı maç izletaraftarium24canlı maç izleselçuk sportscanlı maç izle