Çindəki Uhan Virusologiya İnstitutu, şəhər hökuməti və Çin Elmlər Akademiyası amerikalı senator Erik Şmitti və Missuri ştatının keçmiş baş prokuroru Erik Beylini məhkəməyə verib.
Medialive xəbər verir ki, bu barədə məlumat senator Erik Şmit tərəfindən elan edilib.
Belə ki, senator Şmitt Çin tərəfindən məhkəməyə verilib və 50 milyard dollarlıq məhkəmə iddiası qaldırılıb. Uhan Xalq Hökuməti, Çin Elmlər Akademiyası və məşhur Uhan Virusologiya İnstitutu tərəfindən açılan ilk bu tipli məhkəmə iddiası, koronavirus pandemiyasına səbəb olduğu və onu daha da şiddətləndirdiyinə görə Çinə qarşı 2020-ci ildəki mövqeyinə görə Şmitti və Missuri ştatını hədəf alıb.
Ərizəyə əlavə edilən iddia ərizəsində deyilir ki, Çin nümayəndələri cavabdehlərdən rəsmi olaraq Amerika və Çin media orqanlarından üzr istəmələrini və mənfi nəticələrin aradan qaldırılması və iddiaçıların nüfuzunun bərpası üçün mülki məsuliyyət daşımalarını tələb ediblər. İddiaçılar həmçinin 356 milyard yuan (50,6 milyard dollar) məbləğində təzminat tələb edirlər ki, hər üç cavabdeh bu məbləği ödəməlidir.
Uhan Virusologiya İnstitutu, Çində ən yüksək biotəhlükəsizlik səviyyəsinə malik yeganə BSL-4 sertifikatlı laboratoriyaya ev sahibliyi edir.




















