CANLI
Gündəm

“Davamlı sülhə nail olmaq üçün ABŞ-nin köməyinə ehtiyac var”

Tayland və Kambocanın davamlı sülhə nail olmaq üçün ABŞ-nin köməyinə ehtiyacı var.

Medialive xəbər verir ki, bu sözləri Taylandın xarici işlər naziri Sihasak Phuangketkaew BBC-yə müsahibəsində deyib.

Nazir bildirib ki, top Kambocanın meydançasındadır, onlar məsuliyyəti öz üzərinə götürərsə, bundan sonra biz danışıqlara gedə bilərik.

Taylandın baş naziri Anutin Çanvirakun daha əvvəl bildirib ki, o, Trampa hazırkı münaqişə ilə bağlı məlumat verməyib və qarşıdurmanı özləri həll edəcək.

Qeyd edək ki, oktyabrda ABŞ Prezidenti Donald Tramp, Kambocanın baş naziri Hun Manet və Taylandın baş naziri Anutin Çanvirakunun iştirakı ilə ASEAN-ın 47-ci Sammiti çərçivəsində ölkələr arasında sərhəd münaqişəsinin sülh yolu ilə həlli üçün gələcək addımları qeyd edən birgə bəyannamə imzalanıb.

Tərəflər gərginliyin azaldılmasına, etimadın bərpasına və qarşılıqlı faydalı münasibətlərin qurulmasına yardım etmək öhdəliyinə sadiq olduqlarını vurğulayıblar.

canlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24