CANLI
Sosial

Əhaliyə şad xəbər: Milli Məclis bunu müzakirə edəcək

Milli Məclisdə əhalinin məşğulluğunun artırılmasına həsr edilən ictimai dinləmə keçiriləcək.

Medialive.az xəbər verir ki, bu, parlamentin 2026-cı il payız sessiyası üzrə iş planına daxil edilib.

Plana əsasən, “Əhalinin məşğulluğunun artırılması sahəsində qarşıda duran vəzifələr və qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda dinləmənin sessiya müddətində təşkili nəzərdə tutulur.