CANLI
Sosial

Elçin Quliyev generala yüksək vəzifə verdi – FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında yeni təyinat olub.

Medialive.az Yeni Sabah-a istinadən xəbər verir ki, bu barədə DSX rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb.

Əmrə əsasən, Vətən müharibəsinin qəhrəmanlarından biri – “Zəfər” ordenli general-mayor Nəsib Mirzəyev Dövlət Sərhəd Xidmətinin Baş idarə rəisi təyin olunub.

O, bundan əvvəl qurumun Çevik Hərəkət Qüvvələrinin Komandanının birinci müavini-Qərargah rəisi vəzifəsində işləyib.

Qeyd edək ki, Nəsib Tahir oğlu Mirzəyev Cəlilabad rayonunun Ləkin kəndində anadan olub.

O, Vətən müharibəsində böyük qəhrəmanlıq, igidlik və şücaət göstərib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə “Zəfər”, İkinci dərəcəli “Vətənə xidmətə görə”, Üçüncü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

sonbahissonbahissonbahissonbahisselçuk sportstaraftarium24canlı skorselçuk sportstaraftarium24sonbahis girişsonbahis girişsonbahis girişsonbahis girişcanlı maç izletaraftarium24selçuk sportscanlı maç izlecanlı maç izletaraftarium24canlı maç izleselçuk sportscanlı maç izle