“Türkiyə Ukrayna münaqişəsinin sülh yolu ilə həlli səylərinə hərtərəfli dəstək və yardım göstərir”.
Medialive xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəyə səfərə gələn Roma Papası XIV Leo ilə görüşündə deyib.
“Son günlər biz Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymağa yönəlmiş hadisələri diqqətlə izləyirik”, – deyə Ərdoğan bildirib.




















