CANLI
Sosial

Göygöl İcra Hakimiyyətinin binasında 13 min manatlıq cari təmir

Göygöl Rayon İcra Hakimiyyəti “TECS-BAM” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Medialive.az qaynarinfo-ya istinadən xəbər verir ki, müqavilədə Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasında cari təmir işlərinin aparılması nəzərdə tutulur.

Təmir işlərinə görə şirkətə 13 793,61 manat ödəniləcək.

Bu məbləğə aşağıdakı işlər görüləcək:

– Yararsız divar kağızlarının sökülməsi;
– Tavanda yararsız suvaq və boya qatının qaşınaraq təmizlənməsi;
– Yararsız işıqlandırma lampalarının sökülməsi;
– Divar və tavandakı xırda çatların alçı ilə üzlənməsi və hamarlanması;
– Tavanın suemulsiya boya ilə yaxşılaşdırılmış rənglənməsi;
– Divarlara yüksək keyfiyyətli, yuyulan divar kağızlarının çəkilməsi;
– Pəncərə yamaclarının suemulsiya boya ilə rənglənməsi;
– 60×60 sm ölçülü yeni tavan işıqlandırma lampalarının quraşdırılması;
– İnşaat tullantılarının əl ilə avtomobilə yüklənməsi və 5 km məsafəyə daşınması.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “TECS-BAM” MMC 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 12-də yerləşir. Şirkətin qanuni təmsilçisi Qurbanov Rauf Maarif oğludur.

Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi haqqında əlavə məlumatlara rast gəlinmir.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovdur. O, 2019-cu ildən bu vəzifədə çalışır. Vüqar Novruzov Göygöldən əvvəl Naftalan şəhərinin icra başçısı vəzifəsində işləyib.

taraftarium24taraftarium24taraftarium24taraftarium24canlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izleselçuk sportsselçuk sportsselçuk sportsselçuk sportstoptan kozmetikkozmetik depomtaraftarium24taraftarium24 girişcanlı maç izle