“Gümrü-Qars dəmir yolunun bərpası və yenidən işə salınması üçün yaxın vaxtlarda idarələrarası komitələrin iclası keçiriləcək”.
Medialive xəbər verir ki, bunu Ermənistan Milli Assambleyanın sədr müavini Ruben Rubinyan bu gün jurnalistlərlə keçirdiyi brifinqdə Ermənistan-Türkiyə münasibətlərinə toxunarkən deyib.
MŞ sədrinin müavini qeyd edib ki, görüşün yeri ilə bağlı ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Rubinyan həmçinin bildirib ki, sərhədlərin açılması ilə bağlı müzakirələr davam edir.
