Gürcüstan hökuməti Avropa İttifaqının tövsiyəsinə uyğun olaraq 2022-ci ildə yaradılmış Korrupsiyaya Qarşı Mübarizə Bürosunu ləğv edəcək.
Medialive xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili məlumat verib.
“Təşəbbüsə əsasən, Korrupsiyaya Qarşı Mübarizə Bürosu 2026-cı il martın 2-dən ləğv ediləcək və onun funksiyaları tam olaraq Dövlət Audit Xidmətinə veriləcək”, – Papuaşvili brifinqdə bildirib.




















