• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Kapital Bankdan XƏBƏRDARLIQ: Kart dələduzluğu

18 Fevral, 26 / 17:08
A A
Kapital Bankdan XƏBƏRDARLIQ: Kart dələduzluğu

Həm dünyada, həm də ölkəmizdə kiberdələduzluqla bağlı həyəcan təbilinin çalındığı bir vaxtda insanlar hər gün yeni üsullarla aldadılırlar.

Medialive.az-ın məlumatına görə, dələduzlar müxtəlif yollarla insanların inam və etibarını qazanaraq onları çıxılmaz vəziyyətə salır. Son zamanlar isə vətəndaşlara məxsus fiziki bank kartlarının aldadılaraq ələ keçirilməsi ilə bağlı dələduzluq halları artıb. Belə ki, müxtəlif yollarla vətəndaşlarla əlaqə quran dələduzlar onlara bank filallarından və ya rəqəmsal kanallardan kart əldə etmələrini təklif edirlər. Daha sonra müəyyən ödəniş qarşılığında həmin şəxslərdən kart və kart məlumatları alınaraq dələduzluq əməllərində istifadə edilir.

Bəs bank kartını başqalarına vermək nə ilə nəticələnə bilər?

Fərdi məlumatların oğurlanması: Bank kartını və ona aid məlumatların 3-cü şəxsə ötürülməsi, eyni zamanda fərdi məlumatların da ötürülməsi deməkdir. Bununla da dələduzlar məlumatını əldə etdiyi şəxsin maliyyə hesabına giriş əldə edə və onun bütün bank əməliyyatlarına nəzarət edə bilirlər. Belə hallarda adətən aldadılan şəxslərin adı ilə qeyri-qanuni maliyyə əməliyyatları icra edilir. Xüsusən də qanunsuz yollarla əldə edilən vəsaitlərin izlərinin itirilməsi prosesində bu kimi kart hesabları istifadə edilə bilir.

Maliyyə itkiləri: Kartın başqasına verilməsi dələduza hesabdakı vəsaitdən istədiyi kimi istifadə etmək hüququ verir. Bu isə istifadəçiyə məxsus bütün bank hesablarını təhlükə altına ata və maliyyə itkisinə səbəb ola bilər.

Hüquqi nəticələr: Hər bir vətəndaş ona məxsus bank kartları ilə icra olunan əməliyyatlara qarşı cavabdehdir. Kartın başqasına verilməsi kart sahibinə hüquqi öhdəlik yaradır. 3-cü tərəfə verilən kartla hər hansı qanunsuz əməliyyat həyata keçirildikdə kart sahibi bu əməliyyatın nəticəsinə görə cinayət məsuliyyətinə cəlb oluna bilər.

Pulunuzu itirməmək və cinayətin bir hissəsi olmamaq üçün diqqətli olmaq çox vacibdir.

Kartınızı yalnız özünüz istifadə edin: Bank kartları yalnız bank hesabı açılan müştəriyə məxsusdur və onun istifadəsi üçün nəzərdə tutulub.

Şübhəli əməliyyatlar zamanı diqqətli olun: Kart hesablarınızı mütəmadi olaraq nəzarətdə saxlayın. Şübhəli əməliyyat, kartınızdan vəsait itkisi və ya gözlənilməz mənbədən mədaxil gördüyünüz halda dərhal müştərisi olduğunuz banka və hüquq mühafizə orqanlarına müraciət edin.

Dələduzlara aldanmayın: Sizdən bank kartlarınızı hansısa ödəniş və ya xidmət qarşılığında istəyən şəxslərə qarşı diqqətli olun. Kartınıza və ya bank hesabınıza dair məlumatlar yalnız sizə məxsusdur və bu məlumatları heç kimlə bölüşmək olmaz. Bu məlumatları sizdən istəyən şəxslərlə bağlı dərhal aidiyyatı orqanlara xəbər verməniz tövsiyə olunur.

Kapital Bank olaraq bir daha xatırladırıq ki, maliyyə qurumlarının həyata keçirdiyi təhlükəsizlik tədbirləri ilə yanaşı vətəndaşların da diqqətli olmaları, şəxsi hesablarını qoruması və fərdi məlumatlarını, kartlarını digər şəxlərlə paylaşmaması olduqca vacibdir. Şübhəli hallarla qarşılaşdığınız zaman dərhal müştərisi olduğunuz bankın qaynar xəttinə xəbərdarlıq edin. Hər hansı şübhəli mesaj, zəng və ya sosial media hesabını görsəniz, dərhal müvafiq qurumlara və müştərisi olduğunuz banka bildirin. Beləliklə, başqalarının da kiberdələduzların hədəfinə çevrilməsinin qarşısını ala bilərsiniz.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

Əvvəlki yazı

Bakıda yeni virus yayılıb — Əlamətləri bunlardır

Növbəti yazı

ANAMA əməkdaşının vəziyyəti açıqlandı

Bənzər Xəbərlər

Ölkədə yeni QAYDA - Minlərlə manat cərimə GƏLİR
Sosial

Ölkədə yeni QAYDA - Minlərlə manat cərimə GƏLİR

22.May.26 /14:51
Ali Məhkəməyə yeni təyinatlar - Adlar açıqlanıb
Sosial

Ali Məhkəməyə yeni təyinatlar - Adlar açıqlanıb

22.May.26 /14:50
Putin müharibəni bitirmək üçün yeganə şərtini AÇIQLADI
Dünya

Putin müharibəni bitirmək üçün yeganə şərtini AÇIQLADI

22.May.26 /13:42
Dəyanət Şıxəliyev qəfil vəfat etdi - 12 il öncə bunu etmişdi
Sosial

Dəyanət Şıxəliyev qəfil vəfat etdi - 12 il öncə bunu etmişdi

22.May.26 /13:39
Bu məhkəmələrə yeni hakimlər təyin ediləcək
Sosial

Bu məhkəmələrə yeni hakimlər təyin ediləcək

22.May.26 /13:13
Bu pullar etibarsız sayılır - MƏRKƏZİ BANKDAN XƏBƏRDARLIQ
Sosial

Bu pullar etibarsız sayılır - MƏRKƏZİ BANKDAN XƏBƏRDARLIQ

22.May.26 /13:11
Bakıda vəzifəli şəxs idman zalında ÖLDÜ- FOTO
Sosial

Bakıda vəzifəli şəxs idman zalında ÖLDÜ- FOTO

22.May.26 /13:09
Sabiq deputat Türkiyədə vəfat etdi
Sosial

Sabiq deputat Türkiyədə vəfat etdi

22.May.26 /13:07
DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR
Sosial

DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR

22.May.26 /13:05

XƏBƏR LENTİ

Ölkədə yeni QAYDA - Minlərlə manat cərimə GƏLİR

Ölkədə yeni QAYDA - Minlərlə manat cərimə GƏLİR

22 May, 26 / 14:51
Ali Məhkəməyə yeni təyinatlar - Adlar açıqlanıb

Ali Məhkəməyə yeni təyinatlar - Adlar açıqlanıb

22 May, 26 / 14:50
Putin müharibəni bitirmək üçün yeganə şərtini AÇIQLADI

Putin müharibəni bitirmək üçün yeganə şərtini AÇIQLADI

22 May, 26 / 13:42
Dəyanət Şıxəliyev qəfil vəfat etdi - 12 il öncə bunu etmişdi

Dəyanət Şıxəliyev qəfil vəfat etdi - 12 il öncə bunu etmişdi

22 May, 26 / 13:39
Bu məhkəmələrə yeni hakimlər təyin ediləcək

Bu məhkəmələrə yeni hakimlər təyin ediləcək

22 May, 26 / 13:13
Bu pullar etibarsız sayılır - MƏRKƏZİ BANKDAN XƏBƏRDARLIQ

Bu pullar etibarsız sayılır - MƏRKƏZİ BANKDAN XƏBƏRDARLIQ

22 May, 26 / 13:11
Bakıda vəzifəli şəxs idman zalında ÖLDÜ- FOTO

Bakıda vəzifəli şəxs idman zalında ÖLDÜ- FOTO

22 May, 26 / 13:09
Sabiq deputat Türkiyədə vəfat etdi

Sabiq deputat Türkiyədə vəfat etdi

22 May, 26 / 13:07
DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR

DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR

22 May, 26 / 13:05
Bu hakim vəzifəsindən azad olunur

Bu hakim vəzifəsindən azad olunur

22 May, 26 / 13:03
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:1009271752
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.