“Hazırda ölkələr arasında sərhədlərin bağlı olduğunu nəzərə alsaq, Cənubi Qafqaz regionu mövcud deyil”.
Medialive Ermənistan mətbuatın istinadən xəbər verir ki, bunu noyabrın 4-də “Orbeli 2025” beynəlxalq forumunda erməni politoloq Aleksandr İskəndəryan deyib.
Onun sözlərinə görə, ABŞ nöqteyi-nəzərindən Cənubi Qafqaz region hesab oluna bilər, lakin sakinlərin özləri üçün bu, əslində region deyil. O, izah edib ki, regionun potensialını müzakirə etmək üçün ilk növbədə onu yaratmaq lazımdır ki, bu ölkələrin vətəndaşları vasitəçi olmadan qarşılıqlı əlaqə qura bilsinlər.
İsgəndəryan xatırladıb ki, son 5 ildə Cənubi Qafqazda vəziyyət, xüsusən də 44 günlük müharibə, Ukraynada müharibənin başlaması, ermənilərin Dağlıq Qarabağdan məcburi köçkün edilməsi nəticəsində dəyişib.




















