• Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Manşet

Hesablama Palatası "Azəristiliktəchizat"da nöqsanlar aşkarlayıb

27 Oktyabr, 25 / 16:46
A A
Hesablama Palatası "Azəristiliktəchizat"da nöqsanlar aşkarlayıb
Hesablama Palatasının 2025-ci il üzrə İş Planına müvafiq olaraq “Azəristiliktəchizat” ASC üzrə dövlət vəsaitlərinin və digər əmlakının idarə olunmasına dair uyğunluq auditi aparılıb.
Medialive Palataya istinadən xəbər verir ki, kənar dövlət maliyyə nəzarəti tədbiri ilə 1 yanvar 2023-cü ildən 1 aprel 2025-ci il tarixinə qədər olan müddət əhatə olunub, audit predmetinin pul vəsaitlərinin hərəkəti üzərindən faktiki maliyyə tutumu ümumilikdə daxilolmalar üzrə 149,3 milyon manat, xaricolmalar üzrə 146,7 milyon manat olub.

Auditlə əsasən aşağıdakılar müəyyən edilib:

– İstehsal edilmiş istilik enerjisinə çəkilən xərclərin tərkibində qaz (müvafiq olaraq, 27 milyon 140,1 min manat və 27 milyon 140,1 min manat) və enerji (müvafiq olaraq, 5 milyon 794,1 min manat və 5 milyon 834,4 min manat) xərclərinin xüsusi çəkisi 2023-cü ildə 57,5 %, 2024-cü ildə isə 57,1 % təşkil edib ki, bu da auditlə əhatə olunan dövrdə (əsasən hesabat illərinin I və IV rüblərində) dövlət büdcəsindən subsidiyalaşdırma tələbatının yaranmasını şərtləndirən və nəticə etibarı ilə istilik təchizatı xidmətlərinin tariflərinin həcmini formalaşdıran əsas amillərdən olub.

İstilik təchizatı xidmətləri haqlarının əhali istehlakçı və qeyri-əhali istehlakçı qrupları üzrə son illər ardıcıl olaraq yüksəldilməsi kimi əməliyyat fəaliyyətindən gəlirlərin artırılmasına səbəb olan tənzimləmələrin tətbiqi şəraitində dövlət büdcəsindən ayrılan subsidiya məbləğinin tədricən optimallaşdırılmasına 2025-ci ildə başlanılmayıb.

İki il ərzində dövlət büdcəsindən 89,6 milyon manat subsidiya məbləğinin və 5,5 milyon manat əsaslı xərclərin maliyyələşdirilməsi şəraitində hesabat illərinin yekunlarının müqayisəsi istilik enerjisi istehsalının 3,7 min Qkal (0,3 %), istilik enerjisi alışının 8 min Qkal (6,1 %), satışın (norma üzrə itkilər çıxıldıqdan sonra) həcminin 10,1 min Qkal (0,8 %), abonent bazasının əhali istehlakçı qrupu üzrə 0,2 % və qeyri-əhali istehlakçı qrupu üzrə 6 %, gəlirlərin 3,9 milyon manat məbləğində (7,5 %) artmasını, gəlirin əldə edilməsi ilə bağlı xərclərin təxminən eyni səviyyədə qalmasını və zərərin 3,5 milyon manat (75,3 %) məbləğində azalmasını göstərib.

Təqdim edilmiş məlumatlara əsasən 2024-cü ildə 1 Qkal istilik enerjisinin maya dəyəri bütün istehlakçı qrupları üzrə ümumilikdə 37 manata, o cümlədən əhali istehlakçı qrupu üzrə 43 manata, qeyri-əhali istehlakçı qrupu üzrə 37 manata yaxın təşkil etməklə əhali istehlakçı qrupu üzrə sonuncu artırılmış tarifi 2 dəfədən də çox üstələyib, qeyri-əhali istehlakçı qrupu üzrə müqavilə qiymətindən isə aşağı olub.

Təqdim edilmiş məlumatlara əsasən, müxtəlif ünvanlarda yerləşməklə ümumi mənzil sayı 6 746 olan 213 binada istilik təchizatı xidmətləri alan mənzillərin sayının hər bina üzrə 10 mənzil və ya 10 mənzildən az, o cümlədən binalardakı ümumi sayı 4 670-ə bərabər mənzillər üzrə istilik təchizatı xidmətləri alan mənzillərin xüsusi çəkisinin 20 və daha aşağı faiz intervallarında olması və s. bu kimi hallar mövcuddur ki, bu da uzun illər ərzində əhali istehlakçı qrupuna istilik xidmətlərinin mərkəzləşdirilmiş qaydada təchizatı sahəsində zəruri işlərin (sistemin modernləşdirilməsi ilə abonent bazasının və isidilən sahələrin genişləndirilməsi) lazımi səviyyədə həyata keçirilməməsi deməkdir.

Nəticə etibarı ilə qeyd etmək olar ki, əməliyyat fəaliyyəti çərçivəsində əhali istehlakçı qrupuna aid çoxmənzilli binalara tam həcmdə istilik təchizatı xidmətlərinin göstərilməsi üçün əsas infrastruktur (borular, paylayıcılar, işçi heyyəti, qaz, elektrik enerjisi və s. məsrəflər) təminatı və müvafiq elementlər üzrə xərclərin qarşılanması müqabilində satış potensialı faktiki olaraq tam həcmdə reallaşdırılmır. Mövcud vəziyyət bir tərəfdən əhali istehlakçı qrupu üzrə tarifin (satış qiymətinin) maya dəyərindən dəfələrlə aşağı səviyyədə tənzimlənməsi şəraitində abonent bazasının genişləndirilməsinin perspektivli (iqtisadi cəhətdən rentabelli) olmamasını (zərərin daha da yüksəlməsinə səbəb olmasını) şərtləndirib, digər tərəfdən dövlət əmlakının idarə edilməsinin səmərəlilik meyarları ilə uyğunsuzluqlar yaradıb.

Ümumilikdə, 244 ədəd qazanxananın faktiki yerləşdiyi obyektlərin (daşınmaz əmlakların) “Azəristiliktəchizat”a aid olmaması, o cümlədən bir qisminin konservasiya statusunda olması və yaxud bitməmiş formasında tikili qalması “Azəristiliktəchizat”ın fəaliyyətində dayanıqlılığın təmin olunması baxımından balans mənsubiyyətinin optimallaşdırılması məsələlərini aktuallaşdırıb.

İlkin uçot məlumatları ümumi debitor borcların məbləğinin 1 yanvar 2023-cü il tarixinə 20 milyon 758,9 min manat, 1 yanvar 2025-ci il tarixinə 24 milyon 749,4 min manat, 1 aprel 2025-ci il tarixinə isə 34 milyon 532,6 min manat təşkil etdiyini göstərib, eyni zamanda auditlə əhatə olunan dövrdə satışdan gəlirlərin yığım səviyyəsinin hesabat illərinin əvvəlinə olan borclar nəzərə alınmadan ümumilikdə 86-90 % (o cümlədən, əhali istehlakçı qrupu üzrə 71 -78 %) intervalında olsa da hesabat illərinin əvvəlinə olan bütün borclar nəzərə alınmaqla ümumilikdə 40-45 % (o cümlədən, əhali istehlakçı qrupu üzrə 20 -25 %) intervalında dəyişdiyini deməyə əsas verib.

Dövlət büdcəsindən maliyyələşdirilən investisiya qoyuluşları hesabına Bakı şəhərində tikilmiş, yenidən qurulmuş və ya modernləşdirilmiş qazanxanaların müvafiq tərkib hissələrinin timsalında 1 milyon 618 min 067 manat dəyərində aktivlərin maliyyə (mühasibat) uçotunda müvafiq qaydada əks etdirilməsi təmin edilməyib.

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması çərçivəsində 3 milyon 654,3 min manat məbləğində olan hissəsinin müvafiq qaydada (əsasən, uçota) bərpa olunmasını nəzərə alıb, digər nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair irəli sürülmüş təkliflərin yerinə yetirilməsi, eləcə də aşkar edilmiş müvafiq məsələlərlə əlaqədar qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərə uyğun tədbirlərin həyata keçirilməsi üçün zəruri sənəd və məlumatların aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edib.

Əvvəlki yazı

Elçin Babayevin 26,3 milyonluq tender əməliyyatı – BDU tenderləri niyə şübhəli şirkətlərə verir?

Növbəti yazı

Bu şəxslərin maaşı 3 dəfə artdı - RƏSMİ

Bənzər Xəbərlər

Güllələnən müəllim xəstəxanadan evə buraxıldı
Gündəm

Güllələnən müəllim xəstəxanadan evə buraxıldı

17.Fev.26 /12:31
Nəzrin Adıgözəlzadə vəzifəsindən azad edildi 
Sosial

Nəzrin Adıgözəlzadə vəzifəsindən azad edildi 

17.Fev.26 /12:28
Paytaxtda bu məktəblərə yeni direktorlar təyin edildi
Sosial

Paytaxtda bu məktəblərə yeni direktorlar təyin edildi

17.Fev.26 /12:22
600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ
Hərbi

600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ

17.Fev.26 /12:16
Bakıda 7/24 tibbi xidmət: "Baku Central Hospital" fasiləsiz fəaliyyət göstərir
Sağlamlıq

Bakıda 7/24 tibbi xidmət: "Baku Central Hospital" fasiləsiz fəaliyyət göstərir

17.Fev.26 /12:04
Bakının mərkəzində güclü YANĞIN
Hadisə

Bakının mərkəzində güclü YANĞIN

17.Fev.26 /11:59
Sabiq icra başçısına yeni vəzifə verildi
Sosial

Sabiq icra başçısına yeni vəzifə verildi

17.Fev.26 /11:53
“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO
Sosial

“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO

17.Fev.26 /11:52
AAYDA-da böhran: Əməkhaqları verilmir
Sosial

AAYDA-da böhran: Əməkhaqları verilmir

17.Fev.26 /11:29

XƏBƏR LENTİ

Güllələnən müəllim xəstəxanadan evə buraxıldı

Güllələnən müəllim xəstəxanadan evə buraxıldı

17 Fevral, 26 / 12:31
Nəzrin Adıgözəlzadə vəzifəsindən azad edildi 

Nəzrin Adıgözəlzadə vəzifəsindən azad edildi 

17 Fevral, 26 / 12:28
Paytaxtda bu məktəblərə yeni direktorlar təyin edildi

Paytaxtda bu məktəblərə yeni direktorlar təyin edildi

17 Fevral, 26 / 12:22
600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ

600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ

17 Fevral, 26 / 12:16
Bakıda 7/24 tibbi xidmət: "Baku Central Hospital" fasiləsiz fəaliyyət göstərir

Bakıda 7/24 tibbi xidmət: "Baku Central Hospital" fasiləsiz fəaliyyət göstərir

17 Fevral, 26 / 12:04
Bakının mərkəzində güclü YANĞIN

Bakının mərkəzində güclü YANĞIN

17 Fevral, 26 / 11:59
Sabiq icra başçısına yeni vəzifə verildi

Sabiq icra başçısına yeni vəzifə verildi

17 Fevral, 26 / 11:53
“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO

“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO

17 Fevral, 26 / 11:52
AAYDA-da böhran: Əməkhaqları verilmir

AAYDA-da böhran: Əməkhaqları verilmir

17 Fevral, 26 / 11:29
Yeni təyinat - Vəzifəli şəxs kimdir?

Yeni təyinat - Vəzifəli şəxs kimdir?

17 Fevral, 26 / 11:27
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:100927175
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.