İranın təhlükəsizlik qüvvələri etiraz aksiyalarında iştirak edən, İsraillə əlaqəli silahlı qruplaşmanı saxlayıblar.
Medialive xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Belə ki, saxlanılanların xaricdə təxribat əməliyyatları üzrə təlim keçdiklərini göstərən dəlillər var.
Saxlanılanlar vacib infrastruktur obyektlərini partlatmağı planlaşdırırdılar.
Qeyd edək ki, İranda iğtişaşlar 28 dekabrda rialın devalvasiyası nəticəsində yaranan küçə etirazlarından sonra başlayıb və əksər böyük şəhərlərə yayılıb. Hökumət orqanları 38 hüquq-mühafizə orqanı əməkdaşının öldürüldüyünü bildirib.




















