CANLI
Sosial

İsmayıl Vəliyev azadlığa buraxıldı

Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev azadlığa buraxılıb.
“Qafqazinfo”nun əldə etdiyi  məlumata görə, amnistiya aktı ona da şamil edilib. İ.Vəliyev saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb. Xatırladaq ki, eks-icra başçısı külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 6 il 2 ay azadlıqdan məhrum edilmişdi.
Onun çəkilməmiş 4 ay cəza müddəti qalmışdı.