İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Hizbullahın təlim düşərgəsinə raket zərbələri endirib.
Medialive xəbər verir ki, bu barədə İMQ mətbuat xidməti məlumat yayıb.
“İDF Radvan xüsusi təyinatlı qüvvələrinin terrorçulara müxtəlif silahlardan istifadəni öyrətmək üçün istifadə etdiyi təlim düşərgəsinə hücum edib” – deyə xidmət bildirib.
Mətbuat xidməti həmçinin qeyd edib ki, İsrail Livanın cənubundakı bir neçə ərazidə Hizbullahın əlavə hərbi hədəflərinə hücum edib.




















