• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Gündəm

Vüqar Qurbanovun taleyi necə olacaq? – Gedişinin arxasındakı proseslər

18 Fevral, 26 / 12:25
A A
Vüqar Qurbanovun taleyi necə olacaq? – Gedişinin arxasındakı proseslər
Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildi. Qərar rəsmən elan olunsa da, səbəblər barədə ictimaiyyətə hər hansı geniş izah verilmədi. Sabiq rəhbər özü isə TƏBİB-in Müşahidə Şurasının qərarını “normal qarşıladığını” bildirməklə kifayətləndi.
Amma bu açıqlama suallara aydınlıq gətirmədi. Çünki bu qərar əksəriyyət tərəfindən səhiyyə sistemi daxilində daha ciddi proseslərin başlanğıcı kimi qiymətləndirilir.
Medialive.az Modern.az-a istinadla xəbər verir ki, məsələ adi kadr dəyişikliyi çərçivəsindən xeyli kənardadır. Hətta sabiq rəhbərin yaxın günlərdə hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb ediləcəyi, həbsinin qaçılmaz olduğu iddiaları səslənir.
Maraqlıdır ki, qərardan dərhal sonra sabiq rəhbərə yaxın media resurslarında yumşaq tonlu, məsuliyyəti minimuma endirən yazılar yayımlandı. Bu isə ictimai rəyin yönləndirilməsi cəhdi kimi qiymətləndirilə bilər. Lakin rəsmi izahın olmaması iddiaların daha da böyüməsinə şərait yaradır.
Yayılan məlumatlarda ən ciddi məqam qurum daxilində qərarvermə mexanizmlərinin şəxsi münasibətlər üzərindən formalaşmasıdır. İddialara görə, TƏBİB-də əsas idarəçilik rıçaqları sabiq rəhbərin yaxın çevrəsinin əlində cəmləşibmiş.
Əgər bu məlumatlar təsdiqini tapsa, söhbət sadəcə etik pozuntudan deyil, dövlət idarəçiliyində maraqlar toqquşmasından və vəzifə səlahiyyətlərindən sui-istifadədən gedə bilər. Bu isə artıq hüquqi müstəviyə çıxarıla biləcək məsələdir.
Digər diqqətçəkən məqam sabiq rəhbərin səhiyyə naziri postuna iddialı olması ilə bağlı yayılan informasiyadır. Qeyd edək ki, Azərbaycanda səhiyyə siyasətinin formalaşdırılmasına görə məsul qurum Səhiyyə Nazirliyidir.
TƏBİB isə icraedici funksiya daşıyır və İcbari Tibbi Sığorta sisteminin tətbiqində əsas rol oynayır.
Mənbələr bildirir ki, məsələ təkcə kadr dəyişikliyi ilə yekunlaşmaya bilər. Hüquq-mühafizə orqanlarının araşdırma apardığı iddia olunur. Söhbət maliyyə intizamı, satınalmalar, kadr təyinatları və struktur qərarlarının qanunauyğunluğundan gedir.
TƏBİB son illər milyardlarla manatlıq dövlət vəsaitinin dövriyyədə olduğu quruma çevrilib. Bu isə avtomatik olaraq şəffaflıq və hesabatlılıq məsələsini prioritetə çıxarır. Əgər audit və ya istintaq nəticəsində pozuntular aşkar edilərsə, cinayət işinin başlanması istisna deyil.
Hazırda ortada rəsmi ittiham yoxdur. Lakin fakt budur ki, səbəbsiz və izahsız uzaqlaşdırma dövlət idarəçiliyində nadir hallarda baş verir.
Bir məsələ aydındır ki, proses yeni başlayır. Və görünən odur ki, “bu xəmir” həqiqətən də çox su aparacaq.
Əvvəlki yazı

Pensiya ilə bağlı VACİB XƏBƏR

Növbəti yazı

Məktəbdə dəhşətli hadisə - ŞAGİRD YARALANDI

Bənzər Xəbərlər

Azərbaycanlı müğənni sevgilisi tərəfindən döyüldü – Xəstəxanaya yerləşdirildi – VİDEO
Sosial

Azərbaycanlı müğənni sevgilisi tərəfindən döyüldü – Xəstəxanaya yerləşdirildi – VİDEO

14.Apr.26 /13:42
Polis bu qadınları həbs etdi: Onlarla bağlı əhaliyə müraciət edildi
Sosial

Polis bu qadınları həbs etdi: Onlarla bağlı əhaliyə müraciət edildi

14.Apr.26 /13:41
Şahin Həsənov yüksək vəzifəyə təyin EDİLDİ
Sosial

Şahin Həsənov yüksək vəzifəyə təyin EDİLDİ

14.Apr.26 /13:38
Prezidentin Fərmanı icra olundu: Bundan sonra…
Sosial

Prezidentin Fərmanı icra olundu: Bundan sonra…

14.Apr.26 /13:35
Türkiyədə məktəbə silahlı hücumun görüntüləri yayıldı – ANBAAN VİDEO
Dünya

Türkiyədə məktəbə silahlı hücumun görüntüləri yayıldı – ANBAAN VİDEO

14.Apr.26 /13:33
Sabiq icra başçısının oğlu azadlığa BURAXILDI
Sosial

Sabiq icra başçısının oğlu azadlığa BURAXILDI

14.Apr.26 /13:32
Uqandalı general geri addım atdı: "Türk qardaşlarımı çox sevirəm"
Dünya

Uqandalı general geri addım atdı: "Türk qardaşlarımı çox sevirəm"

14.Apr.26 /13:30
Tanınmış iş adamına ağır itki
Sosial

Tanınmış iş adamına ağır itki

10.Apr.26 /16:56
Xırdalanda yaşayanlara ŞAD XƏBƏR
Sosial

Xırdalanda yaşayanlara ŞAD XƏBƏR

10.Apr.26 /16:08

XƏBƏR LENTİ

Azərbaycanlı müğənni sevgilisi tərəfindən döyüldü – Xəstəxanaya yerləşdirildi – VİDEO

Azərbaycanlı müğənni sevgilisi tərəfindən döyüldü – Xəstəxanaya yerləşdirildi – VİDEO

14 Aprel, 26 / 13:42
Polis bu qadınları həbs etdi: Onlarla bağlı əhaliyə müraciət edildi

Polis bu qadınları həbs etdi: Onlarla bağlı əhaliyə müraciət edildi

14 Aprel, 26 / 13:41
Şahin Həsənov yüksək vəzifəyə təyin EDİLDİ

Şahin Həsənov yüksək vəzifəyə təyin EDİLDİ

14 Aprel, 26 / 13:38
Prezidentin Fərmanı icra olundu: Bundan sonra…

Prezidentin Fərmanı icra olundu: Bundan sonra…

14 Aprel, 26 / 13:35
Türkiyədə məktəbə silahlı hücumun görüntüləri yayıldı – ANBAAN VİDEO

Türkiyədə məktəbə silahlı hücumun görüntüləri yayıldı – ANBAAN VİDEO

14 Aprel, 26 / 13:33
Sabiq icra başçısının oğlu azadlığa BURAXILDI

Sabiq icra başçısının oğlu azadlığa BURAXILDI

14 Aprel, 26 / 13:32
Uqandalı general geri addım atdı: "Türk qardaşlarımı çox sevirəm"

Uqandalı general geri addım atdı: "Türk qardaşlarımı çox sevirəm"

14 Aprel, 26 / 13:30
Tanınmış iş adamına ağır itki

Tanınmış iş adamına ağır itki

10 Aprel, 26 / 16:56
Xırdalanda yaşayanlara ŞAD XƏBƏR

Xırdalanda yaşayanlara ŞAD XƏBƏR

10 Aprel, 26 / 16:08
Deputat: Nikahda narkotik müayinəsi də tələb olunsun

Deputat: Nikahda narkotik müayinəsi də tələb olunsun

10 Aprel, 26 / 16:06
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:1009271752
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.