• Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Kapital Bank Gəncədə kibertəhlükəsizlik mövzusunda təlimlər keçirdi

21 Noyabr, 25 / 16:02
A A
Kapital Bank Gəncədə kibertəhlükəsizlik mövzusunda təlimlər keçirdi

Kapital Bank-ın nümayəndə heyəti Gəncə şəhərində yerləşən üç ali təhsil müəssisəsində – Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində elmi-pedaqoji heyət və tələbələr üçün kibertəhlükəsizlik mövzusunda maarifləndirici təlimlər keçirib. Tədbirlər “Dayan, Düşün, Dəqiqləşdir” kampaniyası çərçivəsində baş tutub.

Təlimlərdə Kapital Bank-ın Təhlükəsizlik Departamentinin direktor müavini Emil Qasımov, Fraud halları və rəqəmsal əməliyyatların araşdırılması şöbəsinin müdiri Nəsib Süleymanov və bankın Gəncə filialının müdiri Vüqar Paşayev çıxış edərək, kiberdələduzluğun növləri, real dələduzluq nümunələri, müdafiə üsulları və bankın təhlükəsizlik mexanizmləri barədə iştirakçılara geniş məlumat veriblər.

Bank nümayəndələri baş vermiş real dələduzluq halları barədə danışaraq, vətəndaşların emosional vəziyyətlərindən sui-istifadə edildiyini xüsusilə vurğulayıblar. Bir sıra hallarda, vətəndaşların telefon zəngləri və müxtəlif sosial şəbəkələr vasitəsilə aldadılması qeyd edilib. Həmçinin, vətəndaşlara plastik kartlarını 3-cü şəxslərə istifadəyə verilməsinin yolverilməz olduğu bildirilib. Bank nümayəndələri qeyd ediblər ki, kart məlumatlarının paylaşılması dələduzluq halları üçün birbaşa imkan yaradır və hər kəs sadə kibergigiyena qaydalarını bilmək və əməl etməklə özünü dələduzlardan qoruya bilər. Hər üç təlimin yekununda iştirakçılarla interaktiv sual-cavab sessiyası keçirilib, auditoriyanın gündəlik həyatda rastlaşdığı real dələduzluq situasiyaları müzakirə olunub və bank nümayəndələri tərəfindən ətraflı cavablandırılıb.

Xatırladaq ki, Kapital Bank tərəfindən həyata keçirilən “Dayan, Düşün, Dəqiqləşdir” kampaniyası çərçivəsində ölkə üzrə maarifləndirici təşəbbüslər həyata keçirilir. Bank təlimlərlə yanaşı, kütləvi informasiya vasitələrində kibertəhlükəsizliklə bağlı press-relizlər, sosial şəbəkələrdə videoçarxlar və posterlər paylaşaraq, vətəndaşların məlumatlılığının artırılmasına dəstək olur.

Qeyd edək ki, maliyyə qurumlarının həyata keçirdiyi təhlükəsizlik tədbirləri ilə yanaşı hər kəsin kiberdələduzluğa qarşı diqqətli olması, şəxsi hesablarını qoruması və fərdi məlumatlarını, kartlarını digər şəxlərlə paylaşmaması olduqca vacibdir. Kartın üzərindəki 16 rəqəmli PAN nömrə, kartın arxasında olan 3 rəqəmli CVV kod və mobil nömrəyə göndərilən 4 rəqəmli OTP şifrə yalnız kart sahibinə məxsusdur və bu məlumatları heç kimlə bölüşmək olmaz. Unutmaq olmaz ki, heç bir bank əməkdaşı müştəriyə sosial şəbəkə hesabından və ya xarici nömrədən zəng edə bilməz. Kapital Bank adından zəng edən şəxslərin isə bank əməkdaşı olub olmadığını yoxlamaq olduqca asandır. Bunun üçün müştərilər zəng edən şəxsdən bank əməkdaşı olduğunu təsdiq edən mesaj tələb edə bilər. O həqiqətən bank əməkdaşıdırsa vətəndaş Birbank mobil tətbiqində bunu təsdiq edən bildiriş alır. Bildirişdə qeyd edilir: “Dəyərli Birbanklı, bank məhsulunu təklif edən şəxsin bankımızın əməkdaşı olduğunu təsdiq edirik. Bizə güvəndiyiniz üçün təşəkkür edirik”. Mobil tətbiqdə bildiriş alındığı təqdirdə zəng edən şəxslə danışığı davam etdirmək olar, əks halda zəngi dərhal sonlandırmaq lazımdır.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 50 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

Əvvəlki yazı

Keçmiş Şahzadə Epşteynlə bağlı Konqresin çağırışlarına məhəl qoymadı

Növbəti yazı

Planşet və velosiped oğurlayan şəxslər saxlanıldı

Bənzər Xəbərlər

Bakının mərkəzində güclü YANĞIN
Hadisə

Bakının mərkəzində güclü YANĞIN

17.Fev.26 /11:59
Sabiq icra başçısına yeni vəzifə verildi
Sosial

Sabiq icra başçısına yeni vəzifə verildi

17.Fev.26 /11:53
“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO
Sosial

“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO

17.Fev.26 /11:52
AAYDA-da böhran: Əməkhaqları verilmir
Sosial

AAYDA-da böhran: Əməkhaqları verilmir

17.Fev.26 /11:29
Yeni təyinat - Vəzifəli şəxs kimdir?
Sosial

Yeni təyinat - Vəzifəli şəxs kimdir?

17.Fev.26 /11:27
Bu şəxslər 30 manat cərimələnəcək
Sosial

Bu şəxslər 30 manat cərimələnəcək

17.Fev.26 /11:22
İlham Əliyev Si Szinpinə məktub göndərdi
İlham Əliyev

İlham Əliyev Si Szinpinə məktub göndərdi

17.Fev.26 /11:21
Məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird xəstəxanaya yerləşdirildi
Sosial

Məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird xəstəxanaya yerləşdirildi

17.Fev.26 /11:18
Səfayə Əhmədovaya AĞIR İTKİ - FOTO
Sosial

Səfayə Əhmədovaya AĞIR İTKİ - FOTO

17.Fev.26 /11:16

XƏBƏR LENTİ

Bakının mərkəzində güclü YANĞIN

Bakının mərkəzində güclü YANĞIN

17 Fevral, 26 / 11:59
Sabiq icra başçısına yeni vəzifə verildi

Sabiq icra başçısına yeni vəzifə verildi

17 Fevral, 26 / 11:53
“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO

“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO

17 Fevral, 26 / 11:52
AAYDA-da böhran: Əməkhaqları verilmir

AAYDA-da böhran: Əməkhaqları verilmir

17 Fevral, 26 / 11:29
Yeni təyinat - Vəzifəli şəxs kimdir?

Yeni təyinat - Vəzifəli şəxs kimdir?

17 Fevral, 26 / 11:27
Bu şəxslər 30 manat cərimələnəcək

Bu şəxslər 30 manat cərimələnəcək

17 Fevral, 26 / 11:22
İlham Əliyev Si Szinpinə məktub göndərdi

İlham Əliyev Si Szinpinə məktub göndərdi

17 Fevral, 26 / 11:21
Məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird xəstəxanaya yerləşdirildi

Məktəbdə kütləvi zəhərlənmə: 10-a yaxın şagird xəstəxanaya yerləşdirildi

17 Fevral, 26 / 11:18
Səfayə Əhmədovaya AĞIR İTKİ - FOTO

Səfayə Əhmədovaya AĞIR İTKİ - FOTO

17 Fevral, 26 / 11:16
Ramazan ayının təqvimi açıqlanıb - CƏDVƏL

Ramazan ayının təqvimi açıqlanıb - CƏDVƏL

17 Fevral, 26 / 11:14
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:100927175
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.