Medialive.az Yeniavaz.com-a istinadən xəbər verir ki, şirkətin rəsmi saytı – “Kristal.az” vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğləri ilə bağlı uyğunsuzluq müşahidə olunur.
Saytın “Layihələr” bölməsində qeyd olunur ki, bu mənzili əldə etmək üçün 30% ilkin ödəniş (57 min 673 manat 50 qəpik) edilməli, qalan məbləğ isə 20 il müddətində aylıq 1 461 manat 75 qəpik olmaqla ödənilməlidir.
![]()
Beləliklə, eyni mənzil və eyni kredit müddəti üçün göstərilən aylıq ödənişlər arasında 114 manat 86 qəpik fərq yaranır.
Məsələ ilə bağlı “Kristal” şirkətinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, buna səbəb saytda müvəqqəti yaranmış texniki xətadır:
“Həmin xəta səbəbindən faiz dərəcəsi düzgün hesablanmadığı üçün aylıq ödəniş məbləği yanlış əks olunmuşdu. Hazırda texniki problem aradan qaldırılıb və hər iki bölmədə aylıq ödəniş məbləği eyni olaraq göstərilir”.
Məlumat üçün bildirək ki, “Kristal Bakı” ASC 19 mart 2020-ci il tarixində vergi qeydiyyatına alınıb. Şirkətin səhmlərinin 50%-i Vəliyev Pərviz Ağalar oğluna, 25%-i Nəbiyev Fərid Elbrus oğluna, 25%-i isə Nəbiyev Araz Mahayət oğluna məxsusdur. ASC-yə yekun nəzarəti Pərviz Vəliyev həyata keçirir.
