Litva Aİ-nin Avropa üçün Təhlükəsizlik Fəaliyyəti (SAFE) hərbi proqramı çərçivəsində müdafiə layihələrinin maliyyələşdirilməsi üçün Avropa Komissiyasına 6.3 milyard avro kredit ərizəsi təqdim edib.
Medialive xəbər verir ki, bu barədə Litvanın müdafiə nazirinin müavini Karolis Aleksa Aİ müdafiə nazirlərinin Brüsseldə keçirilən toplantısı çərçivəsində jurnalistlərə bildirib.
“Bizə ayrılan 6.3 milyard avroluq məbləğ üçün ərizə təqdim olunub. Bu vəsaitin təxminən 50 müdafiə layihəsinin maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır”, – o qeyd edib.
Nazir müavininin sözlərinə görə, kreditlərin böyük hissəsi Litva ordusunda motoatıcı diviziyasının yerləşdirilməsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, Litva Ukraynaya hərbi texnika almaqda kömək etmək üçün SAFE proqramının vəsaitlərindən istifadə etmək istəyir.




















