Litva NATO-dan hava qaçaqmalçılığı ilə bağlı vəziyyəti öyrənmək və bununla mübarizə aparmaq üçün Litvaya səfər edəcək ekspertlər qrupu yaratmağı xahiş edib.
Medialive xəbər verir ki, bunu LRT milli radiosunun efirində Litva prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Deividas Matulionis deyib.
“Biz ekspert qrupu ilə bağlı NATO ilə əlaqə saxladıq. Alyans bizim hibrid hücum forması ilə qarşılaşdığımızdan xəbərdardır” – deyə o bildirib.
Müşavir qeyd edib ki, Belarusdan buraxılan qaçaq siqaretləri daşıyan hava balonları mülki aviasiya təhlükəsizliyini təhdid edir və hava limanlarını fəaliyyətini dayandırmağa məcbur edir. Onlar çox vaxt pilotsuz uçuş aparatlarından daha böyük problemdir.




















