Moskva Şəhər Məhkəməsi keçmiş deputat Vladimir Jirinovskinin yaxın qohumlarına iddia qaldıran Yelena Listopadovanın şikayətini rədd edib.
Medialive xəbər verir ki, bu barədə məhkəmədən RİA Novosti-yə bildirilib.
Məhkəmə əvvəllər bu məsələdə Jirinovskinin oğullarının tərəfini tutub. Listopadovadan başqa, digər qohumu Natalya Sokolova da şikayətçi olub.
RİA Novosti-nin əldə etdiyi rəsmi məhkəmə sənədlərinə görə, iddiaçılar bundan əvvəl də başqasının qanunsuz sahibliyindən əmlakın geri alınmasını və onun mülkə qaytarılmasını tələb ediblər. Bu vəsatətlər də rədd edilib.
Qeyd edək ki, Listopadova və Sokolova Jirinovskinin qardaşı qızlarıdır.
Məhkəmə sənədlərinə görə, məhkəmə prosesi 2022-ci ilin dekabrından davam edib.
Xatırladaq ki, rusiyalı siyasətçi və şərqşünas, Rusiya Liberal Demokrat Partiyasının (LDPR) qurucusu və lideri Vladimir Jirinovski 6 aprel 2022-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.




















