CANLI
Sosial

“Məktəbə direktor gedib “bomba qoyacam” - Direktor müavinindən ŞOK

Mingəçevir şəhər Yaşar Muradov adına 11 nömrəli tam orta məktəbin direktor müavini Süleymanova Elnarə Rafiq qızının TikTok platformasında canlı yayım zamanı 7 nömrəli və 10 nömrəli tam orta məktəbin rəhbərliyi, direktoru, direktor müavini, müəllimləri və kollektiv üzvləri haqqında təhqiramiz və alçaldıcı ifadələr işlədərək, həmçinin ayrı-ayrı müəllimlərə qarşı hədələyici və qorxu yaradan ifadələr səsləndirib.

Elnarə Süleymanova keçmiş müəllimlərdən birinin canlı yayımına qoşularaq “7 saylı məktəbə direktor gedib “bomba qoyacam” deyə məsuliyyətsiz və müəllim adına yaraşmayan fikri səsləndirib.

Sözügedən davranış yalnız şəxslərarası münasibət məsələsi deyil. Burada təhsil müəssisəsində rəhbər vəzifə tutan şəxsin pedaqoji etika və peşə davranışı baxımından nümayiş etdirdiyi münasibətdən söhbət gedir.

Bu baxımdan aidiyyəti qurumlara və Elm və Təhsil Nazirliyinə sual edirik:

Belə bir davranış nümayiş etdirən şəxs nəyə görə hazırda Yaşar Muradov adına 11 nömrəli tam orta məktəbdə rəhbər vəzifəsində saxlanılır?

Təhsil müəssisəsində rəhbər vəzifə tutan şəxsin digər məktəbin rəhbərliyi və müəllimləri haqqında ictimai platformada təhqiramiz ifadələr işlətməsi pedaqoji etika baxımından necə qiymətləndirilir?

Müəllimlərə qarşı hədələyici və qorxu yaradan ifadələrin səsləndirilməsi ilə bağlı hansı tədbirlər görülüb?

Belə davranışın təhsil işçisinin, xüsusilə də rəhbər şəxsin peşəkar nüfuzuna və rəhbərlik etdiyi kollektivə təsiri nəzərə alınıbmı?

Əsas sual isə budur: belə davranışları video görüntülərlə təsdiqlənən bir şəxsin nə üçün hələ də rəhbər vəzifəsində çalışmasına yol verilir?

Biz hesab edirik ki, təhsil sahəsində çalışan şəxsdən, xüsusilə rəhbər vəzifə daşıyan şəxsdən yüksək pedaqoji etika, peşəkarlıq, qarşılıqlı hörmət və nümunəvi davranış tələb olunmalıdır. Bu baxımdan, qeyd olunan davranışın yalnız rəhbər vəzifə baxımından deyil, ümumiyyətlə pedaqoji fəaliyyət və müəllim adına uyğunluğu da ciddi şəkildə qiymətləndirilməlidir.

Əgər müəllim və təhsil işçilərinə qarşı təhqir, alçaltma, hədələmə və qorxu yaratma xarakterli ifadələr ictimai platformada səsləndirilirsə, belə davranışa münasibət bildirilməsi və müvafiq hüquqi-inzibati qiymətin verilməsi cəmiyyət üçün vacibdir.

Aidiyyəti qurumlardan tələbimiz sadədir: bu məsələyə susqun qalmamaq, faktları araşdırmaq, Süleymanova Ənnarə Rafiq qızının davranışına pedaqoji etika və qanunvericilik çərçivəsində obyektiv qiymət vermək və görülən tədbirlər barədə ictimaiyyətə məlumat vermək.

Təhsil müəssisəsi və onun rəhbərliyi müəllimlər üçün nümunə olmalıdır. Təhqir, təhdid və qorxu mühiti isə təhsil sistemində normaya çevrilməməlidir.

Sual doğuran daha bir məqam isə direktorların işə qəbulu müsaqibəsinin cavabları açıqlanmadığı halda 11 nömrəli məktəbin direktor müavini necə 7 saylı məktəbə direktor gedəcəyini əminliklə söyləməsidir.

Bu vədi kim ona verib və nəyin müqabilində?\Gununsesi

canlı skorcanlı maç izletaraftarium24netsportvsonbahissonbahissonbahissonbahis girişsonbahis girişsonbahis giriştaraftarium24taraftarium24justintvselçuksports