Macarıstan Rusiya ilə təkcə oradan neft və qaz aldığına görə deyil, həm də beynəlxalq təhlükəsizlik sistemindəki əsas roluna görə əlaqələr saxlayır.
Medialive xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto “Truth Time” proqramında çıxışı zamanı danışıb.
“Biz diplomatik kanallardan əl çəkib, enerji resurslarımızın əhəmiyyətli bir hissəsini bizə təmin edən, istəsək də, istəməsək də gələcəkdə nəinki Avropanın, həm də qlobal təhlükəsizlik sistemində həlledici oyunçuya çevriləcək bir ölkə ilə münasibətləri davam etdirə bilmərik”, – deyə XİN rəhbəri Rusiyanın dünyanın ən böyük ölkəsi olduğunu və nüvə silahına malik olduğunu xatırladıb.
Siyarto onu da təsdiqləyib ki, Macarıstan Rusiya ilə münasibətləri inkişaf etdirmək üçün Avropa İttifaqından, Almaniyadan və ya hər hansı digər dövlətdən icazə tələb etmir.




















