• Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

Magistratura imtahanında iştirak etmək istəyənlərin nəzərinə!

14 Yanvar, 26 / 10:02
A A
Magistratura imtahanında iştirak etmək istəyənlərin nəzərinə!

Magistraturaya sənəd qəbulu elan edilib.

Medialive.az xəbər verir ki, bununla bağlı Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır.

Bakalavr yanvarın 14-dən 26-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə qəbulu müddətində Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olub, “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.

Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrini bitirən bakalavrlar, eləcə də xarici ölkələrdə ali təhsil almış və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tanınan bakalavrlar qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurur və təsdiq edirlər.

Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

Qəbul imtahanının (I cəhd) fevralın 15-də keçirilməsi nəzərdə tutulur.

İmtahanda bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), İnformatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, Xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaqdır.

İmtahan nəticələri hesablanarkən bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır.

Qəbul imtahanında test tapşırıqlarının cavablandırılmasına 3 saat, yazı işini (esseni) yerinə yetirmək üçün isə 30 dəqiqə, cəmi 3 saat 30 dəqiqə vaxt ayrılır. 3 saat bitdikdən sonra bakalavrlardan cavab kartları yığılır və onlara yazı işini yazmaq üçün xüsusi esse vərəqləri paylanılır. Qeyd edək ki, tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) tapşırığı üzrə nəticə 2 baldan  az olmamalıdır. Tədrisi Azərbaycan və ya rus  dilində olan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) tapşırığı üzrə nəticəyə bal məhdudiyyəti qoyulmur.

Müsabiqə şərtləri və qəbul elanının tam mətni «Magistr» jurnalının 2-ci sayında dərc olunub. Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytından və Wolt tətbiqindən sifariş etmək mümkündür.

Əvvəlki yazı

Ukraynanın bir sıra bölgələrində elektrik enerjisi kəsilib

Növbəti yazı

Ahıl və tənha vətəndaşlar dələduzluğun hədəfində - DİN çağırış edir - VİDEO

Bənzər Xəbərlər

Güllələnən müəllim xəstəxanadan evə buraxıldı
Gündəm

Güllələnən müəllim xəstəxanadan evə buraxıldı

17.Fev.26 /12:31
Nəzrin Adıgözəlzadə vəzifəsindən azad edildi 
Sosial

Nəzrin Adıgözəlzadə vəzifəsindən azad edildi 

17.Fev.26 /12:28
Paytaxtda bu məktəblərə yeni direktorlar təyin edildi
Sosial

Paytaxtda bu məktəblərə yeni direktorlar təyin edildi

17.Fev.26 /12:22
600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ
Hərbi

600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ

17.Fev.26 /12:16
Bakıda 7/24 tibbi xidmət: "Baku Central Hospital" fasiləsiz fəaliyyət göstərir
Sağlamlıq

Bakıda 7/24 tibbi xidmət: "Baku Central Hospital" fasiləsiz fəaliyyət göstərir

17.Fev.26 /12:04
Bakının mərkəzində güclü YANĞIN
Hadisə

Bakının mərkəzində güclü YANĞIN

17.Fev.26 /11:59
Sabiq icra başçısına yeni vəzifə verildi
Sosial

Sabiq icra başçısına yeni vəzifə verildi

17.Fev.26 /11:53
“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO
Sosial

“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO

17.Fev.26 /11:52
AAYDA-da böhran: Əməkhaqları verilmir
Sosial

AAYDA-da böhran: Əməkhaqları verilmir

17.Fev.26 /11:29

XƏBƏR LENTİ

Güllələnən müəllim xəstəxanadan evə buraxıldı

Güllələnən müəllim xəstəxanadan evə buraxıldı

17 Fevral, 26 / 12:31
Nəzrin Adıgözəlzadə vəzifəsindən azad edildi 

Nəzrin Adıgözəlzadə vəzifəsindən azad edildi 

17 Fevral, 26 / 12:28
Paytaxtda bu məktəblərə yeni direktorlar təyin edildi

Paytaxtda bu məktəblərə yeni direktorlar təyin edildi

17 Fevral, 26 / 12:22
600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ

600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ

17 Fevral, 26 / 12:16
Bakıda 7/24 tibbi xidmət: "Baku Central Hospital" fasiləsiz fəaliyyət göstərir

Bakıda 7/24 tibbi xidmət: "Baku Central Hospital" fasiləsiz fəaliyyət göstərir

17 Fevral, 26 / 12:04
Bakının mərkəzində güclü YANĞIN

Bakının mərkəzində güclü YANĞIN

17 Fevral, 26 / 11:59
Sabiq icra başçısına yeni vəzifə verildi

Sabiq icra başçısına yeni vəzifə verildi

17 Fevral, 26 / 11:53
“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO

“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO

17 Fevral, 26 / 11:52
AAYDA-da böhran: Əməkhaqları verilmir

AAYDA-da böhran: Əməkhaqları verilmir

17 Fevral, 26 / 11:29
Yeni təyinat - Vəzifəli şəxs kimdir?

Yeni təyinat - Vəzifəli şəxs kimdir?

17 Fevral, 26 / 11:27
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:100927175
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.