• Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

Makler ev almaq istəyən şəxsin başına oyun açdı – Bu işdə kimlərin əli var?

27 Noyabr, 25 / 14:58
A A
Makler ev almaq istəyən şəxsin başına oyun açdı – Bu işdə kimlərin əli var?

Vətəndaş Məmmədov Niyaməddin Məmməd oğlu redaksiyamıza şikayət ərizəsi ilə müraciət edib.

O, dələduzluğun qurbanı olduğunu bildirir. Belə ki, Niyaməddin Məmmədov internetdə daşınmaz əmlak alqı-satqısı elanlarından biri ilə maraqlanıb əlaqə nömrəsinə zəng vurur. Elanı verən şəxslə danışıb evə baxmaq üçün vaxt təyin edirlər. Həmin şəxs Şirinov Elçin Vaqif oğlu olub.

O, Suraxanı rayonu Hövsan qəsəbəsinin bağlar massivində yerləşən evi ona göstərərək 20 min manata satdığını bildirir. Onlar 1000 manat beh müqabilində evin alqı-satqısına dair razılığa gəlirlər. Niyaməddin Məmmədov Elçin Şirinova 1000 manat beh, sonra isə (24.08.2024-cü il tarixində) müqavilə əsasında 18.000 (on səkkiz min) manat pul ödəyir. Daha sonra kommunal xətlərin çəkilməsi üçün 1600 manat ödəyir. Elçin Şirinov evin alqı-satqı prosesinin inandırıcı görünməsi üçün Niyaməddin Məmmədova “Azərişıq” ASC-yə məxsus olan 110302800032204 saylı abonent kodunu vermiş, artıq adına abonent kodunun oldugunu, bundan sonra da evin adına rəsmiləşəcəyini demişdir. Lakin sonradan bunun bir dələduzluq əməli olduğu məlum olmuşdur.

Hazırda bu iş üzrə Niyaməddin Məmmədovdan başqa daha bir nəfər də zərərçəkmiş qismində tanınır. Elçin Şirinov eyni qayda ilə hamıya ona məxsus olmayan evləri göstərərək pul əldə etmiş və şəxsləri aldatmışdır. Zərərçəkmişlər sonradan əldə biliblər ki, həmin abonent kodu 05.09.2024-cü il tarixində İmişli “ASAN Xidmət” Mərkəzində açılıb. Niyaməddin 05.09.2024-cü il tarixində İmişli “ASAN Xidmət” mərkəzində olmadığını, bu hərəkəti həyata keçirmək üçün heç kəsə etibarnamə vermədiyini, açılmış abonent koduna aid olan daşınmaz əmlakın isə ümumiyyətlə ona məxsus olmadığını deyir. O, bu barədə Azərişıq ASC-yə rəsmi məktub ünvanlayıb. Azərışıq ASC 15.08.2025-ci il tarixli 13-13\2-2\14-M-9525-5\2025 saylı məktubla bildirib ki, abonent kodu yalnışlıqla sizin adınıza keçirilib, sonra dəyişdirilərək başqa şəxsin adına qaytarılmışdır.

Nöqsana yol verdiyinə görə İmişli ASAN Xidmət üzrə qrup rəhbəri Əkbərov Hikmət Mürvət oğluna töhmət verilmişdir. Bəs Əkbərov Hikmət Mürvət oğlunun İmişli ASAN Xidmət Mərkəzində “texniki səhvə” yol verdiyini Bakıda yaşayan Şirinov Elçin Vaqif oğlu necə xəbər tutmuşdur? Necə olmuşdur ki, ASAN Xidmətin əməkdaşının texniki səhvi dələduzluqda ittiham olunan şəxsə elə həmin an məlum olmuş və texniki səhv baş verən kimi həmin abonent kodu Niyaməddin Məmmədova verilmişdir. Bu suallara hüquq-mühafizə orqanları cavab axtarmır. “Azərışıq” ASC-nin cavabi isə elə özü-özünü təkzib edir.

Həbs olunan şəxs- Şirinov Elçin Vaqif oğlunun kimlərin vasitəsilə və necə İmişli “ASAN Xidmət” Mərkəzində vətəndaşın razılığı və özü olmadan onun adına, ona məxsus olmayan əmlaka dair abonent kodunun açılması, Şirinov Elçin Vaqif oğlunun Əkbərov Hikmət Mürvət oğlu ilə əlaqələri araşdırılmamışdır.

Niyaməddin Məmmədov bu məsələnin araşdırılması üçün “Azərişıq” ASC-yə müraciət edən zaman ona şifahi olaraq Babayev Elşad Əlövsət oğlunun mobil telefon nömrəsini vermiş və bu şəxs vasitəsilə abonent kodunun açıldığını bildirmişlər. Niyaməddin o nömrəyə zəng vurduqda dəfələrlə təhdidə məruz qaldığını və bu işi araşdırmaması üçün ona Babayev Elşad Əlövsət oğlu tərəfindən təhdidlər edildiyini bildirir. Bundan sonra Kamran Rüstəmov, Hikmət Əkbərov və Cəlilov Yadigar adlı adamlar mobil telefondan Niyaməddin Məmmədova zəng edərək bu məsələni araşdırılmasının dayandırmasını və şikayətin geri götürülməsini tələb etmişlər.

Göstərilənlərdən də görünür ki, vətəndaş Məmmədov Niyaməddin Məmməd oğlunun adıma saxta abonent kodu açılmış və bu hadisə dövlətə məxsus olan, ən güvəndiyimiz təşkilat ASAN Xidmətdə baş verib. Bu şəxslərin əlbir olmasına dair kifayət qədər şübhələr vardır. Niyaməddin Məmmədov onu da bildirir ki, dəfələrlə istintaqın gedişində saxta sənədin kimlər tərəfindən hazırlanması ilə bağlı vəsatətlər versələr də bu məsələ araşdırılmamış, həmin şəxslər istintaqa cəlb edilməmişlər. Halbuki həmin şəxslərlər bağlı səs yazıları da mövcuddur. Lakin Suraxanı rayon Polis idarəsinin müstəntiqi Orxan Allahquliyev törədilmiş cinayətin ört-basdır edilməsi üçün əlindən gələni etmiş və cinayət işində aidiyyatı olan digər şəxsləri cinayət işinə cəlb etməmişdir. Orxan Allahquliyevin bu məsələni niyə araşdırmaması isə özü də şübhəlidir.

Hazırda iş məhkəmə mərhələsindədir. Ümid edirik ki, hakim işə ədalətli və obyektiv yanaşaraq bütün qaranlıq məqamlara aydınlıq gətirəcək.

Əvvəlki yazı

Bağça qiymətləri ilə bağlı nazirlikdən xəbərdarlıq - SİYAHI

Növbəti yazı

Bakıda TDT-nin Media Forumu keçirilir

Bənzər Xəbərlər

Güllələnən müəllim xəstəxanadan evə buraxıldı
Gündəm

Güllələnən müəllim xəstəxanadan evə buraxıldı

17.Fev.26 /12:31
Nəzrin Adıgözəlzadə vəzifəsindən azad edildi 
Sosial

Nəzrin Adıgözəlzadə vəzifəsindən azad edildi 

17.Fev.26 /12:28
Paytaxtda bu məktəblərə yeni direktorlar təyin edildi
Sosial

Paytaxtda bu məktəblərə yeni direktorlar təyin edildi

17.Fev.26 /12:22
600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ
Hərbi

600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ

17.Fev.26 /12:16
Bakıda 7/24 tibbi xidmət: "Baku Central Hospital" fasiləsiz fəaliyyət göstərir
Sağlamlıq

Bakıda 7/24 tibbi xidmət: "Baku Central Hospital" fasiləsiz fəaliyyət göstərir

17.Fev.26 /12:04
Bakının mərkəzində güclü YANĞIN
Hadisə

Bakının mərkəzində güclü YANĞIN

17.Fev.26 /11:59
Sabiq icra başçısına yeni vəzifə verildi
Sosial

Sabiq icra başçısına yeni vəzifə verildi

17.Fev.26 /11:53
“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO
Sosial

“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO

17.Fev.26 /11:52
AAYDA-da böhran: Əməkhaqları verilmir
Sosial

AAYDA-da böhran: Əməkhaqları verilmir

17.Fev.26 /11:29

XƏBƏR LENTİ

Güllələnən müəllim xəstəxanadan evə buraxıldı

Güllələnən müəllim xəstəxanadan evə buraxıldı

17 Fevral, 26 / 12:31
Nəzrin Adıgözəlzadə vəzifəsindən azad edildi 

Nəzrin Adıgözəlzadə vəzifəsindən azad edildi 

17 Fevral, 26 / 12:28
Paytaxtda bu məktəblərə yeni direktorlar təyin edildi

Paytaxtda bu məktəblərə yeni direktorlar təyin edildi

17 Fevral, 26 / 12:22
600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ

600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ

17 Fevral, 26 / 12:16
Bakıda 7/24 tibbi xidmət: "Baku Central Hospital" fasiləsiz fəaliyyət göstərir

Bakıda 7/24 tibbi xidmət: "Baku Central Hospital" fasiləsiz fəaliyyət göstərir

17 Fevral, 26 / 12:04
Bakının mərkəzində güclü YANĞIN

Bakının mərkəzində güclü YANĞIN

17 Fevral, 26 / 11:59
Sabiq icra başçısına yeni vəzifə verildi

Sabiq icra başçısına yeni vəzifə verildi

17 Fevral, 26 / 11:53
“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO

“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO

17 Fevral, 26 / 11:52
AAYDA-da böhran: Əməkhaqları verilmir

AAYDA-da böhran: Əməkhaqları verilmir

17 Fevral, 26 / 11:29
Yeni təyinat - Vəzifəli şəxs kimdir?

Yeni təyinat - Vəzifəli şəxs kimdir?

17 Fevral, 26 / 11:27
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:100927175
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.