“Günəşin sərbəst enerji mənbəyi olduğunu nəzərə alsaq, Yer kürəsində reaktorların inkişaf etdirilməsinin heç bir mənası yoxdur”.
Medialive xəbər verir ki, bu barədə məşhur milyoner Elon Mask “X”də yazıb:
O əlavə edib ki, dörd Yupiteri yandırsanız belə, Günəşin enerjisi yenə də Günəş Sistemində istehsal olunacaq bütün enerjinin demək olar ki, 100%-ni təşkil edəcək.
“Şəxsi elmi layihəniz üçün lazım olduğunu etiraf etməsəniz, bu kiçik reaktorlara pul xərcləməyi dayandırın”, – deyə o bildirib.
Maskın bəşəriyyət üçün günəş enerjisinin əhəmiyyəti barədə danışması ilk dəfə deyil.
2023-cü ildə amerikalı komediyaçı və televiziya aparıcısı Co Roqanın aparıcılığı ilə keçirilən podkastda SpaceX rəhbəri günəş enerjisinin ABŞ-ın ehtiyaclarını tamamilə ödəyə biləcəyini bildirib.
O qeyd etmişdi ki, ölkəni günəş enerjisi ilə təmin etmək olduqca asandır, çünki Günəş hər saniyədə dörd milyon tondan çox kütləsini enerjiyə çevirir və onun işləməsi insan dəstəyinə ehtiyac duymur.
Maskın fikrincə, ABŞ-ni enerji ilə təmin etmək üçün günəş panelləri 100×100 mil ərazidə quraşdırılmalıdır.




















