• Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Gündəm

“Mehdiyev”çilər yola salınır — İcra Hakimiyyətlərində başçı müavini qalmadı, hər birini işdən çıxardılar

12 Yanvar, 26 / 13:55
A A
“Mehdiyev”çilər yola salınır — İcra Hakimiyyətlərində başçı müavini qalmadı, hər birini işdən çıxardılar

Dövlətə xəyanət ittihamı ilə istintaqa cəlb edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin uzun illər ərzində icra hakimiyyəti strukturlarına yerləşdirdiyi kadrların mövcudluğu artıq heç kim üçün sirr deyil. Onilliklər boyu kadr siyasətinə nəzarət edən Mehdiyev özünə sadiq şəxsləri müxtəlif dövlət qurumlarına, xüsusən də yerli icra hakimiyyətlərinə yerləşdirib. Həmin kadrların idarəetmə orqanlarından uzaqlaşdırılması prosesi aparılır.

Medialive.az xəbər verir ki, Musavat.com-a daxil olan məlumatlara görə, artıq ölkənin bütün rayonlarında icra başçılarının müavinləri, xüsusilə 2021-ci ilə qədər təyin olunan şəxslər vəzifələrindən azad ediliblər. Hər rayonda orta hesabla 3-4 müavin işdən çıxarılıb. 2021-ci ildən sonra təyin olunan başçı müavinləri isə vəzifələrində qalıblar.  Lakin prosesin ən diqqətçəkən və suallar doğuran tərəfi odur ki, başçı müavinləri vəzifədən uzaqlaşdırılsalar da, onlara ayrılmış xidməti avtomobillərdən, sürücülərdən və digər inzibati resurslardan istifadə etməkdə davam edirlər. Başqa sözlə, kreslo gedib, imtiyaz qalır. İslahat dalğası təkcə icra başçılarının müavinləri ilə məhdudlaşmayıb. Rayonların İnzibati Ərazi İdarəetmə Nümayəndəliklərində çalışan mühasiblər, baş məsləhətçilər, təsərrüfat və uçot funksiyalarını icra edən əməkdaşlar da kütləvi şəkildə ixtisara düşüblər. Bu isə hər bir rayon üzrə təxminən 35-40 nəfər dövlət qulluqçusunun işsiz qalması deməkdir.  Rəsmi göstərişlərə əsasən, icra hakimiyyətlərində 65 yaşına çatmış vəzifəli şəxslər təqaüdə göndərilməlidir. Ancaq yerlərdə tam fərqli mənzərə müşahidə olunur. Bir çox rayonda təqaüd yaşını çoxdan tamamlamış, faktiki olaraq icra başçılarının şəxsi təsərrüfatını, biznes maraqlarını və qeyri-rəsmi tapşırıqlarını icra edən şəxslər illərdir vəzifədə saxlanılır. Nəticədə Ramiz Mehdiyevlə heç bir bağlılığı olmayan, gənc və peşəkar kadrlar ixtisar olunur, köhnə və toxunulmaz fiqurlar isə sistemdə qalır.  Halbuki Prezident İlham Əliyevin ötən ilin dekabrında yerli icra hakimiyyətlərinin strukturunun təkmilləşdirilməsi ilə bağlı imzaladığı Fərman qanunçuluq, şəffaflıq və sosial ədalət prinsiplərinə əsaslanırdı. Rəsmi məqsəd dövlət qulluğunun optimallaşdırılması, idarəetmədə səmərəliliyin artırılması idi. Lakin yerlərdə bu Fərmanın icrası zamanı sosial ədalət prinsipləri faktiki olaraq pozulur. Yeni Fərmanla 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Prezident Fərmanı faktiki olaraq yeni redaksiyada təsdiq edilib.

Bu isə şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçıları aparatlarının, eləcə də inzibati ərazi dairələri üzrə nümayəndəliklərin strukturunun və ştat sayının ciddi şəkildə dəyişdirilməsi deməkdir. Yeni struktura əsasən, rayon icra hakimiyyəti aparatlarında maksimum 38 ştat vahidi nəzərdə tutulur, sektor və şöbələr birləşdirilir, funksiyalar mərkəzləşdirilir, bir sıra vəzifələr isə tamamilə ləğv olunur. Fərmanın ən həssas və hüquqi baxımdan vacib hissəsi ştatları ixtisar edilən dövlət qulluqçularına münasibətdə Əmək Məcəlləsinin, “Dövlət qulluğu haqqında” Qanunun və Prezidentin 2011-ci il 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydaların tətbiq olunmasıdır. Rəsmi sənəddə açıq şəkildə vurğulanır ki, ixtisar olunan məmurların analoji vəzifələrə yerləşdirilməsində üstünlük hüququ təmin edilməlidir və bu prosesə Dövlət İmtahan Mərkəzi də cəlb olunmalıdır.

Eyni zamanda Fərmanla Nazirlər Kabinetinə 2 ay müddətində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq tapşırılıb. Yəni sənəd real idarəetmə islahatını hədəfləyir. Yeni strukturda diqqət çəkən digər məqam hüquq və kadr məsələləri sektorunun cəmi 3 ştat vahidi ilə məhdudlaşdırılmasıdır. Sosial-iqtisadi inkişaf və memarlıq-tikinti şöbələrində vəzifə sayı azaldılır, inzibati işlər, sürücülər və texniki personal üzrə ixtisarlar isə real şəkildə tətbiq olunur.

Əvvəlki yazı

Aeroport yolunda sürücü diqqətsizliyi hərəkəti iflic etdi - VİDEO

Növbəti yazı

Bu zabitlərin dinc dövrdəki xidmət müddəti azaldıldı

Bənzər Xəbərlər

Güllələnən müəllim xəstəxanadan evə buraxıldı
Gündəm

Güllələnən müəllim xəstəxanadan evə buraxıldı

17.Fev.26 /12:31
Nəzrin Adıgözəlzadə vəzifəsindən azad edildi 
Sosial

Nəzrin Adıgözəlzadə vəzifəsindən azad edildi 

17.Fev.26 /12:28
Paytaxtda bu məktəblərə yeni direktorlar təyin edildi
Sosial

Paytaxtda bu məktəblərə yeni direktorlar təyin edildi

17.Fev.26 /12:22
600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ
Hərbi

600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ

17.Fev.26 /12:16
Bakıda 7/24 tibbi xidmət: "Baku Central Hospital" fasiləsiz fəaliyyət göstərir
Sağlamlıq

Bakıda 7/24 tibbi xidmət: "Baku Central Hospital" fasiləsiz fəaliyyət göstərir

17.Fev.26 /12:04
Bakının mərkəzində güclü YANĞIN
Hadisə

Bakının mərkəzində güclü YANĞIN

17.Fev.26 /11:59
Sabiq icra başçısına yeni vəzifə verildi
Sosial

Sabiq icra başçısına yeni vəzifə verildi

17.Fev.26 /11:53
“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO
Sosial

“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO

17.Fev.26 /11:52
AAYDA-da böhran: Əməkhaqları verilmir
Sosial

AAYDA-da böhran: Əməkhaqları verilmir

17.Fev.26 /11:29

XƏBƏR LENTİ

Güllələnən müəllim xəstəxanadan evə buraxıldı

Güllələnən müəllim xəstəxanadan evə buraxıldı

17 Fevral, 26 / 12:31
Nəzrin Adıgözəlzadə vəzifəsindən azad edildi 

Nəzrin Adıgözəlzadə vəzifəsindən azad edildi 

17 Fevral, 26 / 12:28
Paytaxtda bu məktəblərə yeni direktorlar təyin edildi

Paytaxtda bu məktəblərə yeni direktorlar təyin edildi

17 Fevral, 26 / 12:22
600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ

600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ

17 Fevral, 26 / 12:16
Bakıda 7/24 tibbi xidmət: "Baku Central Hospital" fasiləsiz fəaliyyət göstərir

Bakıda 7/24 tibbi xidmət: "Baku Central Hospital" fasiləsiz fəaliyyət göstərir

17 Fevral, 26 / 12:04
Bakının mərkəzində güclü YANĞIN

Bakının mərkəzində güclü YANĞIN

17 Fevral, 26 / 11:59
Sabiq icra başçısına yeni vəzifə verildi

Sabiq icra başçısına yeni vəzifə verildi

17 Fevral, 26 / 11:53
“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO

“Rahat” marketlər şəbəkəsindən yayılan məlumatlara cavab — FOTO

17 Fevral, 26 / 11:52
AAYDA-da böhran: Əməkhaqları verilmir

AAYDA-da böhran: Əməkhaqları verilmir

17 Fevral, 26 / 11:29
Yeni təyinat - Vəzifəli şəxs kimdir?

Yeni təyinat - Vəzifəli şəxs kimdir?

17 Fevral, 26 / 11:27
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:100927175
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.