Belarus İrandakı hadisələri diqqətlə izləyir və ölkə hökumətinin, xalqının mövcud çətinliklərin öhdəsindən gəlməyə və qadir olduğuna əmindir.
Medialive xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Belarus Xarici İşlər Nazirliyi təcili səbəblərdən İrana səyahət etməyi planlaşdıran vətəndaşlara aviasiya orqanlarının hava məkanından istifadəyə qoyulan məhdudiyyətlərlə bağlı rəsmi bildirişlərini, İrana uçuş cədvəllərində dəyişikliklər barədə aviaşirkətlərin açıqlamalarını və hava limanının fəaliyyətində mümkün pozuntular barədə məlumatları nəzərə almağı tövsiyə edib.




















