CANLI
Sosial

Misir Mərdanovdan BDU təyinatı ilə bağlı sərt reaksiya: “Kimin ağzını yummaq olar ki?” – VİDEO

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə sabiq təhsil naziri Misir Mərdanov Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə kafedra müdiri təyin edilib.

Məsələ ilə əlaqədar “Xəbərsiz”ə danışan Misir Mərdanov bu təyinatın yeni olmadığını və uzun illərdir həmin vəzifədə çalışdığını bildirib:

“Açığı, bu məsələni çox hallandırırlar. Mən təxminən 20 ilə yaxındır ki, Bakı Dövlət Universitetində kafedra müdiri vəzifəsində çalışıram və hazırda da fəaliyyətimi davam etdirirəm. Bu baxımdan heç bir narahatlıq yoxdur. Allah can sağlığı versin. Nə qədər imkanımız çatırsa, xalqımıza, millətimizə, millətimizin balalarına xidmət etmək hər birimizin, o cümlədən mənim də vətəndaşlıq borcumdur. Olan məsələni təkrar-təkrar deməyə nə ehtiyac var idi ki? Dedilər, deyiblər. Mən nə edə bilərəm? Axı kimin ağzını yummaq olar ki?”

Qeyd edək ki, sözügedən kafedra müdiri vəzifəsində daha əvvəl Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva çalışıb.

 

taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24selcuksportscanlı maçtaraftarium24canlı maç izlecanlı maçtaraftarium24canlı maç izlecanlı maçcanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24taraftarium24