CANLI
Sosial

Nazirliyə qarşı məhkəmə işi - Yekun qərar bu tarixdə verilə bilər

Ötən gün Bakı İnzibati Məhkəməsində plastik cərrah Rəşad Babayevin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşıplastik cərrahiyyə fəaliyyəti ilə praktik məşğul olmasına icazə verilən sertifikatının ləğv edilməsi barədə əmrin ona aid hissəsinin ləğv edilməsitələbinə dair inzibati üzrə növbəti məhkəmə iclası keçirilib.

Medialive.az-ın məlumatına görə, məhkəmə baxışı mərhələsində cavabdeh Səhiyyə Nazirliyinin nümayəndəsinin Elektron Məhkəmə İnformasiya Sistemində yerləşdirdiyi iddia tələbinin dəqiqləşdirilməsinə dair etiraz müzakirə olunub. Etirazın tərəflərin əvvəlcədən tanış olması üçün vaxtında sistemə yerləşdirilmədiyi nəzərə alan məhkəmə iddiaçı onun nümayəndələrinim həmin sənədlə tanış olması üçün vəsatət əsasında 15 dəqiqəlik fasilə elan edib.

Fasilədən sonra məhkəmə iclası davam etdirilib.
Cavabdeh nümayəndəsi etirazın mahiyyətini qısa şəkildəizah edərək iddianın təmin edilməməsini xahiş edib. Bundan sonra iddiaçının vəkilləri cvabdeh nümayəndələrə suallar ünvanlayaraq, xüsusilə eyni hüquqi vəziyyətdə olan şəxslərə münasibətdə fərqli yanaşmanın tətbiq edilməsi hüquq qarşısında bərabərlik prinsipinin pozulması ilə bağlı mövqelərini əsaslandırmağa çalışıblar.

Tərəflərin izahatlarını dinlədikdən sonra məhkəmə işi üzrə məhkəmə çıxışlarına keçməyi təklif edib. İddiaçının münayəndələri  üzrə toplanmış sübutların ayrıca qiymətləndirilməsini xahiş etsələr , hakim bunu zəruri hesab etməyərək birbaşa məhkəmə çıxışlarına keçib.

Yekun çıxışlarında iddiaçının vəkilləri üzrə müəyyən edilmiş bir sıra mühüm hüquqi faktiki hallara diqqət çəkiblər. Onların sözlərinə görə, məhkəmə araşdırması zamanı sertifikatların qiymətləndirilməsini həyata keçirən komissiyanın formalaşdırılması fəaliyyəti ilə bağlı ciddi hüquqi problemlər üzə çıxıb. Vəkillər komissiyanın legitimliyi, qərarlarının obyektivliyi səlahiyyət hədləri ilə bağlı iradlarını bir daha məhkəmənin diqqətinə çatdıraraq, məhz həmin komissiyanın qərarları əsasında plaatik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən bir sıra həkimlərin, o cümlədən Rəşad Babayevin sertifikatının ləğv edilməsinin hüquqi əsaslarının olmadığını bildiriblər.

Məhkəmə baxışı zamanı müzakirə olunan əsas məsələlərdən biri iddiaçının sertifikatının ləğvi üçün əsas kimi göstərilən rezidentura təhsili ilə bağlı olub. İddiaçı tərəf vurğulayıb ki, hazırda qüvvədə olan Azərbayxan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarında plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olmaq üçün rezidentura təhsilinin məcburi şərt kimi nəzərdə tutulmaması iddianın hüquqi əsaslılığını təsdiq edir. Bu səbəbdən iddiaçının nümayəndələri Səhiyyə Nazirliyinin mübahisələndirilən əmrinin Rəşad Babayevə aid hissəsinin ləğv edilməsini xahiş ediblər.

Məhkəmə iclasında çıxış edən iddiaçı Rəşad Babayev uzun illər plastik cərrah kimi fəaliyyət göstərdiyini, müxtəlif dövlət tibb müəssisələrində bu ixtisas üzrə xidmətetdiyini, indiyədək 12-dən artıq rezident hazırladığını elmi fəaliyyətinin plastik cərrahiyyə sahəsi ilə bağlı olduğunu diqqətə çatdırıb. O bildirib ki, məhkəmənin yekun qərarından asılı olaraq, onun uzun illər ərzində məhkəmələrdə plastik cərrah qismində təqdim etdiyi ekspert rəylərinin hüquqi qüvvəsi, eləcə elmi-pedaqoji fəaliyyəti çərçivəsində hazırlanmış rezidentlərin hüquqi statusu ilə bağlı gələcəkdə mübahisələrin yaranması ehtimalı mövcuddur. İddiaçının sözlərinə görə, bu hal təkcə onun fərdi hüquqlarına deyil, həm bütövlükdə plastik cərrahiyyə sahəsində hüquqi müəyyənlik prinsipinə təsir göstərə biləcək məsələdir.

Məhkəmə baxışını başa çatdıraraq yekun qərarın elan olunmasını 6 iyul 2026-cı il, saat 17:00 tarixinə təyin edib.

İclas başa çatdıqdan sonra jurnalistlərin suallarını cavablandıran iddiaçının vəkilləri yekun məhkəmə qərarıelan olunana qədər hər hansı hüquqi qiymətləndirmə verməyəcəklərini bildirərək geniş açıqlama verməkdən imtina ediblər.

Bununla yanaşı, iddiaçı Rəşad Babayev məhkəmə iclasından sonra media nümayəndələrinə qısa açıqlama verərək, məhkəmə baxışı zamanı müzakirə olunan hüquqi məsələlərə  öz mövqeyinə dair fikirlərini bölüşüb.

Qeyd edək ki, üzrə yekun qərarın 6 iyul 2026-cı il tarixində elan olunacağı gözlənilir.