Medialive.az xəbər verir ki, mart ayının 27-si səhər saatlarından etibarən Bakı Şəhər Nizami rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi (MKTB) rayonun müxtəlif ünvanlarında gün ərzində aramsız yağan yağış nəticəsində kollektorlarda yaranan yağış sularının kənarlaşdırma probleminin aradan qaldırılması istiqamətində lazimi tədbirləri həyata keçiriblər.
Verilən məlumatda qeyd olunur ki,rayonun küçə və prospektləri ilə yanaşı,Keşlə qəsəbəsi ərazisində də yağış sularının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işçi qüvvəsindən, texnika və avadanlıqlardan istifadə olunub.





















