CANLI
İdman

Koxalski “Qarabağ”ı tərk edir?

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski ABŞ-nin MLS Liqasına transfer imkanını rədd edib.
Medialive.az xəbər verir ki, 25 yaşlı qolkiper bu barədə “Sport.pl” nəşrinə müsahibəsində bildirib.
Polşalı oyunçu karyerasını Avropada davam etdirmək istədiyini söyləyib:
“Mənim istəyim avrokuboklarda oynamaqdır. Məni burada çıxış edən klublar maraqlandıracaq. Bu səbəbdən MLS-ə transfer imkanını rədd etdim. Oradan sorğular var idi. Harada oynayacağımı bilmirəm, çünki buna bir neçə məsələ təsir edəcək. İngiltərə Premyer Liqası mənim arzumdur. Lakin ehtiyat qapıçı olacağım komandaya getməyəcəyəm. Oynamaq və bir nömrə olmaq istəyirəm. Məni yalnız bu maraqlandırır”.
M. Koxalski UEFA Çempionlar Liqasında “Napoli”yə qarşı keçirdikləri matça xüsusi toxunub:
“Məğlubiyyətə baxmayaraq bu qarşılaşmanı yaxşı xatırlayacağam. Uduzduğumuz oyundan sonra heç vaxt razı qalmıram. Amma həmin vaxt çox müsbət şeylər baş verdi. Bir neçə yaxşı qurtarışım oldu. Təkcə yaxınlarım yox, başqaları da məni təbrik etdilər. Matçdan sonra “Napoli”nin məşqçilər korpusundan bir nəfərlə danışdım. Məni təriflədi. Dedi ki, belə davam edim və inkişafdan qalmayım, çünki məni izləyəcəklər. Bu, çox böyük motivasiya oldu”.
Xatırladaq ki, Mateuş Koxalski 2024-cü ilin avqustundan “Qarabağ”da çıxış edir.
taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izletaraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24taraftarium24canlı maç izlecanlı maç izletaraftarium24canlı maç izletaraftarium24selcuksportscanlı maçtaraftarium24canlı maç izlecanlı maçtaraftarium24canlı maç izlecanlı maçcanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24taraftarium24