Pakistanla Əfqanıstan arasında yenidən iğtişaşlar yaranıb.
Medialive bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumatda qeyd edilib ki, Pakistan yüngül və ağır silahlardan istifadə edib və mülki əraziləri bombalayıb.
Əfqanıstan əvvəllər dəfələrlə Pakistanı ölkənin paytaxtı Kabilə hücumlar təşkil etməkdə ittiham edib.
Pakistan iddia edir ki, Əfqanıstan sərhəddə pakistanlı əsgərlərə hücumlar həyata keçirən silahlılara sığınacaq verir.




















