Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabrın 22-də respublika üzrə pensiyaların ödənilməsi yekunlaşdırılacaq.
Medialive.az xəbər verir ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Bununla da sentyabr ayı üzrə pensiya ödənişlərinin ölkə üzrə tam başa çatdırılması nəzərdə tutulub.
